Taksilərlə bağlı son durum: 65 avtomobil daşımalardan kənarlaşdırılıb
Vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daşımalardan kənarlaşdırılıb.
Qaynarinfo bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 307 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səidə Bəkirqızı Akif Nağını məhkəməyə verir? - ÖZÜ AÇIQLADI
Bəzi xəbər saytları və sosial şəbəkələrdə tanınmış jurnalist, teleaparıcı Səidə Bəkirqızının Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verməyə hazırlaşması ilə bağlı xəbərlər yayılıb. BİG.AZ xəbəri dəqiqləşdirmək üçün Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında Səidə Bəkirqız
2 fevralİcra məmurları belə geyinəcək - Baş nazir təsdiqlədi-Fotolar
Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir
3 fevral"Velizar" həbs edildi
"TikTok" platformasında qeyd edilən qanunsuz əməllərə yol verən "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiy
2 fevralMilli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Milli Məclisin (MM) yaz sessiyası üzrə ilk plenar iclası başlayıb. xəbər verir ki, sessiyanı spiker Sahibə Qafarova açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd edək ki, plenar iclasın gündəliyində MM-in yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıc
2 fevralBakıda hava bu tarixdə KƏSKİN DƏYİŞİR: QAR YAĞACAQ
Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir. Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatu
1 fevralAzərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır
Son illərdə Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə ciddi narahatlıq doğurur. Statistik göstəricilərə görə, müstəqillik əldə edildikdən sonra ölkədə ən aşağı doğum göstəricisi ötən il qeydə alınıb. İlkin məlumatlara görə, ölkədə ilk 10 ayda 80 802 uşaq dünyaya gəlib, ilin sonund
1 fevralMəktəblərdə qış tətili başa çatdı
Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb. xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupların
2 fevral