Emin Ağalarov kimdir? – Ən xarizmatik müğənni və milyarder

Emin Ağalarov kimdir? – Ən xarizmatik müğənni və milyarderEmin Ağalarov kimdir? – Ən xarizmatik müğənni və milyarder

Lent.az "Bioqrafiya" rubrikasında bəstəkar, müğənni, iş adamı, Xalq artisti Emin Ağalarov barəsində məlumat verir.

- Emin Ağalarov harada və nə zaman anadan olub?

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayıb.

- Emin Ağalarov harada təhsil alıb?

Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.

- Biznes fəaliyyətinə nə zaman başlayıb?

Müğənninin dediyinə görə, o, 15 yaşında elektronika mağazasında satıcı kimi işə başlayıb. Daha sonra o, Nyu-Cersidə ayaqqabı mağazası açıb, saatlar, yuva kuklaları və digər Rusiya istehsalı malların satıldığı internet saytı yaradıb. İlk pullarını atasının yardımı olmadan qazanmağa çalışıb.
2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmış Emin Ağalarov uzun müddət Rusiyada bizneslə məşğul olub.

2016-cı ilin iyulunda Ağalarov Qriqori Leps və Sergey Kojevnikovla birlikdə Bakıda ilk dəfə keçirilən "İsti" (Jara) festivalının əsasını qoyub. Hər il keçirilən tədbirdə Rusiya və MDB ölkələrindən məşhur sənətçilər iştirak edirlər.

2019-cu ilin iyul ayında Ağalarov "OK" jurnalını satın alıb.

2019-cu ildən "Zhara" brendi altında enerji içkiləri istehsal edən şirkət qurub. 2023-cü ilin may ayında Emin Ağalarov "Crocus Group"u tərk edib – onun sözlərinə görə, çoxlu sayda paralel layihələri olduğuna görə zaman tapa bilməyib. "Biz atamla danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək" deyə o qeyd edib.

Emin Ağalarov atasının şirkətindən ayrıldıqdan sonra əsas diqqətini "Estate Mall" ticarət və xidmət kompleksi, Boxcity pop-up market, Bakı yaxınlığındakı "Sea Breeze Resort & Residences", habelə restoranlar, fitnes klublar şəbəkəsindən ibarət "Ağalarov Development" şirkətinin inkişafına yönəldib. Hazırda Azərbaycanda "SEA BREEZE" adlı çox böyük kurortun yaradılması layihəsi üzərində işləyir.

- Emin Ağalarov nə zaman Xalq artisti adı alıb?

2018-ci ildə Azərbaycan prezidenti tərəfindən bu ada layiq görülüb. Eyni ildə Adıgey respublikasının rəhbəri də ona Xalq artisti fəxri adını verib.

- Emin Ağalarov nə zamandan musiqi fəaliyyətinə başlayıb?

Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsusən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk "Still" adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "İncredible" adlı albomunu çıxardıb.
Emin 2010-cu ildə artıq Avropaya öz musiqisini tanıtmaq qərarına gəlir və "Wonder" albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verilişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada, Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verib.

- Emin Ağalarovun valideynləri kimlərdir, milliyətçə kimdir?

Genlərində rus və Azərbaycan qanı daşıyır.
Atası azərbaycanlı Araz İsgəndər oğlu Ağalarov, sahibkar və "Crocus Group" holdinqinin sahibidir. O, dəfələrlə Forbes tərəfindən Rusiyanın 200 ən varlı adamı siyahısına daxil edilib.
Anası sahibkar İrina İosifovna Ağalarovadır. Onun atası Joseph Evgenievich Grill Crocus Group-un həmtəsisçisi idi. O, musiqiyə həvəs göstərirdi və nadir disklər toplusu toplayırdı. Eminə musiqi sevgisi aşılayan babası olub.
Müğənninin uşaqlıqdan ABŞ-da yaşayan və hazırda anası ilə bizneslə məşğul olan Şeyla Ağalarova adlı kiçik bacısı var.

- DREAM FEST festivalını da Emin Ağalarov təşkil edib?

Bəli. O, iyulun 24-dən 28-dək, Bakının Sea Breeze Resort istirahət mərkəzinin sahilində yayın əsas hadisəsi yeni Beynəlxalq musiqi festivalı DREAM FEST 2024-ü təşkil etdi.
DREAM FEST, Xəzərin sahilində keçirilən əfsanəvi musiqi tədbirinin ab-havasını saxlamaqla yanaşı ifaçı ölkələrin coğrafiyasını qlobal miqyasda genişləndirəcək. Festivalda Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alıb. Tamaşaçılar Xəzər dənizinin sahilində açıq havada beş günlük möhtəşəm şou və 250 sənətkarın bir birindən parlaq ifalarını seyr etdilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2394   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr