Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək - AÇIQLAMA
"Müdafiə Nazirliyinin internet səhifəsində "Mənzil növbəsi" adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır".
Bu sözləri BAKU.WS-ə iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, həmin şəxslər sözügedən internet səhifəsində qeydiyyatdan keçməklə mənzil növbəsinə dayanıb, dövlətdən pulsuz mənzil əldə edə bilərlər:
"Bu, bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən növbənin elektron şəkildə sıralanmasına imkan verəcək ki, hərbçilərimiz daha qısa zamanda mənzillə təmin oluna bilsinlər.
Bu məsələdə şəffaflığın gözlənilməsi önəmlidir və müraciət tarixinə uyğun olaraq hərbçilərimizin mənzillə təminatı çox vacibdir. Yeni sistem imkan verəcək ki, məhz həmin vətəndaşlarımız daha qısa zamanda az proseduradan keçməklə mənzilə sahib ola bilsinlər.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsində də hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsait nəzərdə tutulub. Ona görə də hərbçilərimizin mənzil təminatı, onların sosial müdafiəsi bütövlükdə bu gün həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir və dövlət büdcəsindən vəsaitin nəzərdə tutulması və bu istiqamətdə elektronlaşma imkan verəcək ki, hərbçilərimiz daha qısa müddətdə mənzil ilə təmin oluna bilsinlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 613 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb
1 aprelOğlu Xalq artistinin səhhətindən danışdı
Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb. Teleqraf-a açıqlamasında o, Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb. "Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır", - deyə A.Rzazadə deyib. Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalın
1 aprelBakıxanovun doğulduğu evin bir hissəsi uçdu (VİDEO)
Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Qaynarinfo -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki
1 aprel30 min abonentin qazı KƏSİLƏCƏK
Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 v
31 martBakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə
31 mart