""Kristal Bakı" evimin söküntüsünə görə 11 min təklif edir, o pula nə edə bilərəm?" - ŞİKAYƏT
Bakı şəhər Yasamal rayonu Qanlıgöl yaşayış sahəsində nömrəsiz evdə yaşayan Nərgiz Rafiq qızı Əhmədova evinin "Kristal Bakı" tikinti şirkəti tərəfindən aşağı məbləğdə qiymətləndirilməsindən şikayətçidir.
Xalqxeber.az saytına müraciət edən N.Əhmədova yaşadıqları ərazinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 23 dekabr 2021-ci il tarixli sərəncamı ilə şirkətin istifadəsinə verildiyini bildirib. Bundan sonra isə "Kristal Bakı" şirkəti sakinlərlə danışıqlar apararaq ərazidəki evlərin və digər tikililərin söküntüsünə başlayıb:
"Sərəncamın icrası ilə əlaqədar olaraq "Kristal Bakı" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilib. Lakin mənim yaşadığım və uzun müddətdir istifadəmdə olan 2 otaq və bir qarajdan ibarət evi istifadəyə yararsız, tikinti normalarına uyğun olmayan tikili kimi qələmə verərək məhkəmə yolu ilə sökmək qərarına gəliblər. Kompensasiya kimi isə 11 min manat təzminat verilməsi qeyd edilib. Halbuki yaşadığım evin bazar dəyəri mənə təklif edilən məbləğdən qat-qat yüksəkdir. Vətəndaşın bu formada yaşadığı evdən çıxarılması hansı məntiqə, vicdana və reallıq şərtlərinə uyğundur? 11 min manata harada ev almaq mümkündür?"
N.Əhmədova əlavə edib ki, onunla birgə daha 2 əmlak sahibi də eyni vəziyyətlə üzləşib: "Biz şirkətin rəhbərliyi ilə görüşüb üzləşdiyimiz vəziyyəti onlarla danışmaq istəyirik. Ola bilər ki, evimizin sənədi yoxdur? Amma mövcud vəziyyəti də nəzərə almalıdırlar və həyat şəraitimizi düşünməlidirlər. Mən astma xəstəliyindən əziyyət çəkirəm və üzləşdiyim bu vəziyyət səhhətimin daha da ağırlaşmasına səbəb olur. Aidiyyəti qurumlardan və şəxslərdən də xahiş edirik bu məsələ ilə bağlı obyektiv tədbir görsünlər".
O da məlum olub ki, neçə gün əvvəl qeyd edilən ərazidə əmlak sahiblərindən biri olan 1973-cü il təvəllüdlü Əhliman İmanov "Kristal Bakı" şirkətinin əməkdaşının şikayəti ilə həbs edilib. Yasamal rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həmin sakinə 25 sutka inzibati həbs verilib. Ə.İmanovun vəkili qərarla bağlı apellyasiya instansiyasına müraciət edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 722 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr