Bakıda ağacları niyə doğrayıblar?
Bakıda Səməd Vurğun küçəsində ağaclar doğranıb.
Bununla bağlı Oxu.Az-a paytaxt sakini məlumat verib. O qeyd edib ki, illərlə yaşı olan ağacları hansısa səbəbdən doğrayıblar.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq.
Birlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqləndi.
Qeyd olundu ki, bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı, şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlakına ciddi təhlükə yaradır.
"Bununla əlaqədar olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarında olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlər davam etdirilir.
Monitorinq nəticəsində aşkar edilən quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.
Nazirliyin mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və quru, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi barədə müvafiq rəylər verilib. Daha sonra qəbul olunan qərarlar əsasında yaşıllıqların götürülməsi həyata keçirilir. Belə ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın Nəsimi, Nərimanov, Yasamal, Xətai, Nizami və Binəqədi rayonlarında ağacların götürülməsi və budanma işləri aparırlar. Bu günə qədər 250-yə yaxın quru ağacın götürülməsi həyata keçirilib, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlənir.
Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi: ağac və kolların budanması, həmçinin qazon örtüyünün suvarılması və digər işləri həyata keçirirlər.
Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində yerli iqlimə uyğun yeni ağaclar əkiləcək", - deyə məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 419 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu Xalq artistinin səhhətindən danışdı
Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb. Teleqraf-a açıqlamasında o, Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb. "Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır", - deyə A.Rzazadə deyib. Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalın
1 aprelBu gündən elektron siqaret çəkənlər cərimələnəcək
Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretləri
1 aprelMüştəriyə təslim edəcəyi şirniyyatı qapının önündə açıb yaladı- VİDEO
İstanbulda baş verən qalmaqallı hadisə həm gigiyena, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub. türk mediasına istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən bir kuryer sifariş edilən şirniyyatı çatdırmazdan əvvəl binanın girişində açaraq yalayıb. Hadisə anbaan müştərini
31 martAzərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə
2 aprelAbşeronda bir məktəbdə TƏDRİS DAYANDIRILDI
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbua
1 aprelMəhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşib
Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizas
31 martBakıda bu ərazilərdə dörd saat işıq olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olara
1 aprelAzTV-nin aparıcısına vəzifə verildi
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təran
1 aprel