"Yazılanlar cəfəngiyyatdır" - Brilliantı müdafiə etdi!
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev son günlər gündəmə səbəb olan müsahibəsi ilə bağlı danışıb.
O, OLAY-a açıqlamasında bildirib ki, sözügedən müsahibəni pandemiyadan öncə verib:
"O müsahibəni pandemiya elan olunduqdan əvvəl vermişəm. Lakin o müsahibədə yazılan bir çox məqamlar təhrif olunub və cəfəngiyyatdır. Mən bu müsahibəni yazan jurnalistin öz vicdanına buraxıram. Mən bu cəfəngiyyatı müzakirə etmək niyyətində deyiləm. Heydər Əliyev Sarayında babamın yubiley konserti keçirildi. Brilliant Dadaşova da gəlib o gecədə iştirak etdi. Əgər Brilliant xanımla münasibətim pis olsaydı, o, babamın yaradıcılıq gecəsinə gəlib, 3 mahnı oxuyardı? Əgər Brilliant xanım gəlibsə, çıxış edibsə, mənimlə görüşübsə, nəticəni özünüz çıxarın – yazılanlar düzdür yoxsa yox... Mənim sizə verə biləcəyim cavab da budur".
E.Babayev babasının duet ortağı ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib:
"O müsahibədə çox sayda səhvlər, qeyri-dəqiq informasiya var. Xanım jurnalist yazıb ki, atam 54 yaşında dünyasını dəyişib, halbuki 57 yaşında rəhmətə gedib. Xasiyyətcə elə insanam ki, müsahibə üçün zəng edəndə heç kimə rədd cavabı vermirəm. Çünki babamın xatirəsi yad edilir, sağ olsunlar. Amma sonradan həmin müsahibəni oxuyub peşman olursan. Niyə belə, birinin üstünə beşini qoyub yazmısan? Olmaz axı...
Babamın yubiley konsertinə Brilliant xanımı özüm çağırmışam. Əgər mənim adımdan o müsahibədə yazılanlar doğru olsaydı, Brilliant xanımı gecəyə dəvət etməzdim və o da gəlməzdi. Orada doğru olan odur ki, babam dünyasını dəyişəndə Brilliant xanım dəfndə iştirak etməyib. Sonrada bəlli oldu ki, həmin vaxt xarici ölkədə olub və bu səbəbdən dəfnə gələ bilməyib. Son illər Brilliant xanım və babam arasında soyuqluq var idi. Bəlkə də kimsə onların aralarını vurub və ya həqiqitən də aralarında nələrsə olub... Amma mən bunu qalmaqal saymıram. Olur da... Yəni, insanlar arasında söz-söhbət olur. Bunu axı niyə qalmaqal kimi təqdim edirlər? Müsahibədə dediklərimi alt-üst edib qalmaqal kimi qələmə verirlər".
Qeyd edək ki, sözügedən müsahibə ötən günlərdə kulis.az saytında yayımlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20 sentyabr"Belə valideynləri qınayıram"
Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini
7 sentyabrZaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20 sentyabrAlim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi
23 sentyabrGülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı
Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"
14 sentyabr77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11 sentyabr"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO
Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl
17 sentyabr