"Expargo" karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? - ŞİKAYƏT
Son zamanlar Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol" Azərbaycana məhsulların çatdırılmasında problemlər yaşayır.
Oxu.Az-a müraciət edən şikayətçi N.Qasımova (ad-soyad şərtidir) bildirib ki, 31 may tarixində "Expargo" karqo şirkəti vasitəsilə "Trendyol"dan 70 manat dəyərində məhsul sifariş verib. Sifariş 12 iyun tarixində xarici anbardan yola çıxıb, 7 iyunda isə gömrük yoxlanışında olub və çeşidlənməyə daxil olub. Lakin iki ay yarımdır ki, sifarişi gəlməyib və ya itib.
Sözügedən karqo şirkətinin əməkdaşı qeyd edib ki, maliyyə şöbəsi məsələni araşdırıb ödənişinizi bir ay müddətində geri qaytaracaq. Lakin məbləğ qaytarılmayıb.
Əməkdaş onu da vurğulayıb ki, son zamanlar bu kimi hallar artıb. Ödənişin sifarişçiyə ümumiyyətlə qaytarılmama ehtimalının da olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, əgər sifariş olunan mal itirilib, yaxud məhv olubsa, onun tam dəyərini daşıyıcı ödəyir. Əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab olunur.
Bundan başqa, icraçı tərəfindən göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, yaxud başqa mühüm qüsurlar olarsa istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq xidməti pisləşdirib, yaxud xidmətdə başqa qüsurlara yol veribsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmət haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
Qeyd edək ki, "Trendyol" şirkəti üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementlidir və tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
Daşıma şirkətlərinin xidmətlərindən istifadə zamanı verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq