Hoteldə keçmiş həyat yoldaşını öldürmək istəyən şəxs: "Peşman deyiləm"

Hoteldə keçmiş həyat yoldaşını öldürmək istəyən şəxs: "Peşman deyiləm"Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş həyat yoldaşına ov tüfəngindən atəş açaraq öldürmək istəyən şəxsin məhkəməsi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs Rəşad Əsədzadə ifadə verərək bildirib ki, həyat yoldaşı ilə son zamanlar münasibətləri pozulub: "Cəmiləni özüm sevib evlənmişdim, beş il bir yerdə mehriban yaşadıq. Hadisəni törətməmişdən qısa müddət qabaq onun mənə xəyanət etməsini bildim. Bir həftədə Bərdədən iki dəfə Bakıya gəlib getmişəm, onu izləmişəm. Sonra hotelə dəvət etdim, hadisəni orada törətdim. Mən içkili idim, bilirdim cinayət törədəcəyəm, silah da üstümdə idi. Hotelə Cəmilədən qabaq getmişdim. Bir dəfə atəş açdım. Açıq deyim, mənim üstümdə bıçaq da var idi, əlavə patron da var idi. Mənim fikrim onu öldürmək olub. Atəş açandan təxminən üç dəqiqə sonra hotel işçiləri içəri girdilər. Törətdiyim əməldən peşman deyiləm".

Təqsirləndiriləndən sonra zərərçəkmiş qismində tanınan Cəmilə Məmmədova ifadə verərək qeyd edib ki, Rəşad həyat yoldaşım olsa da, nikahım olmayıb: "10 il idi ayrılmışdıq, cəmi iki il bir yerdə olmuşuq. Altı ay qabaq isə aliment vermədi, mübahisəmiz başladı, əsas da anamın qoyunları ilə bağlı idi. Rəşad anamla birgə qoyun saxlayırdı, evini satıb qoyun almışdı. Sonra gördüm Rəşad yolunu azıb, insan alveri ilə məşğul olur, əlimdə səs yazıları var idi. Bizim aramızda ancaq qoyun-quzu münasibəti var idi. Rəşad yoldaşını götürdü gəldi Bakıya, həmin silah çantasında idi. Maşının cəriməsini ödəmək üçün pula ehtiyacım oldu, zəng etdim Rəşada, dedi gəl hoteldən götür. Mən də getdim hotelə, gördüm otaqda tək oturub. Mənə içki təklif etdi, içmədim, bir tikə çörək yedim. Mənə dərman təklif elədi, dedi içəndə adamın kefini düzəldir. 170 manat pul verməli idi. Rəşad əvvəllər də mənə deyib ki, sənin qulağını kəsəcəyəm, səbəb isə uşağın beş yaşı olanda onun şəklini sosial şəbəkələrdə paylaşmağım olub. Hadisəyə gəlincə, iki dəqiqə əlbəyaxa olduq. Bir güllə atdı, bu vaxtı səsə hotelin işçiləri gəldilər. Apardılar xəstəxanaya, bir həftə orada qaldım".
Daha sonra Cəmilə Məmmədovanın anası şahid qismində ifadə verib: "Əvvəllər mənim kürəkənim olub. Qoyunları məndən xəbərsiz satmışdı. Qızıma demişdi ki, iki oğlanı iki qızla görüşdürəcəyəm, həmin pul çıxacaq. Hadisəni törətməmişdən qabaq qızıma dedi ki, qumar üstündə polislər məni rayondan qovublar, Bakıda restorandayam, gəl görüşək".

Növbəti şahid qismində zərərçəkənin bacısı ifadə verib: "Hadisə olmamışdan qabaq bizə gəlmişdi, bacımı elə həmin gün vurmaq istəyirdi. Hadisə olanda da zəng elədilər, getdik hotelə, gördüm bacım yaralıdır".
Məhkəmə prosesində hotelin işçisi, şahid qismində Anar Allahverdizadə ifadə verərək qeyd edib ki, Rəşadı hadisə günü tanıyıb: "Rəşad hotelə qonaq gəlmişdi. İki dəfə səsə - otağa qalxdım, xəbərdarlıq etdim ki, sakit olsunlar. Axırıncı dəfə qalxanda gördüm yer qandır. Stolun üstündə hotelə aid olmayan bıçaq var idi. Əlində heç bir şey yox idi, silah yerdə qalmışdı. Mən köməklik etdim Cəmiləni təcili yardıma çatdırdıq".

Xatırladaq ki, hadisə bu il yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birində qeydə alınıb. Rəşad Əsədzadə həyat yoldaşı Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, fakt ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci ((xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 653   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr