ABŞ-da Qarabağla bağlı gizli danışıqların detalları yayıldı: Bakıya nə üçün təzyiq edilib?

ABŞ-da Qarabağla bağlı gizli danışıqların detalları yayıldı: Bakıya nə üçün təzyiq edilib?Ermənistanda Respublika Partiyasının üzvü olan Samvel Farmanyanın "Yalnız taleyə qarşı: futbol diplomatiyasının kulisi" adlı kitabı çap olunub. Kitabda Türkiyə və Ermənistan arasında Azərbaycanın maraqları nəzərə alınmadan 2009-cu ildə Sürixdə imzalanan protokoldan sonra iki ölkə arasındakı "futbol diplomatiyası" adlanan danışıqların detalları, eləcə də həmin vaxt Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın Qarabağla bağlı apardığı danışıqların gizli məqamları yer alır. Təbii ki, Farmanyan lider hesab etdiyi Sarkisyanı erməni ictimai rəyində "qəhrəman" kimi təqdim etməyə çalışır, hərçənd, kitabda yer alan bəzi məqamlar diqqət çəkir, xüsusilə 2010-cu ilin 12 aprel tarixində ABŞ-ın həmin vaxt prezidenti olan Barak Obama ilə Sarkisyanın Vaşinqtondakı görüşü haqda yayılan məlumatlar.

Publika.az Obama və Sarkisyanın qapalı görüşdə apardığı danışıqların məğzini ixtisarla təqdim edir.

Obama: Köhnə problemdir, amma irəli getmək imkanı var. Elə siyasi hadisələr var ki, biz liderlər bəzən irəli getməsini doğru hesab edirik, xalq isə bu qərarla həmişə razılaşmır. Türkiyə protokollarının ratifikasiyası məsələsi müsbət impuls istəyir. Zəhmət olmasa, "Dağlıq Qarabağ" probleminin həlli istiqamətində irəliyə getmək üçün belə bir imkanın olub-olmadığını bildirin. Zəhmət olmasa, mənə səmimi deyin, belə bir ehtimal var, ya yox?!

Sarkisyan: Cənab prezident, Türkiyə tərəfinin dediyi impuls bizim üçün güzəşt deməkdir. Mən səmimi deyirəm ki, bizim "Dağlıq Qarabağ" məsələsində geri çəkilmək imkanımız yoxdur. Biz "Dağlıq Qarabağı" Azərbaycana qaytarmağa hazır deyilik.

Obama: Heç kim Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutmur və təbii ki, bu, 20 illik problemi müzakirə edib, həl etmək formatı deyil. Lakin hesab edirəm ki, sərhədlərin açılması Ermənistana böyük fayda verəcək, bu, Türkiyənin Ermənistanla münasibətləri tənzimləməsi üçün çox vacibdir. Biz Türkiyə tərəfinə təzyiqləri davam etdirməyə hazırıq, eyni zamanda, prosesin məntiqi sona çatması üçün Ermənistanla davamlı təmaslara da hazırıq. Prosesdən çıxmaq böyük səhv olardı. Əgər Ermənistan protokollardan imtina edərsə, Türkiyə bundan məmnun olacaq. Belə olan halda Ermənistan itki verəcək, Türkiyə isə heç nə itirməyəcək. Biz Ermənistanla əlaqələrimizi davam etdirəcəyik və "Dağlıq Qarabağ" məsələsində paralel şəkildə çalışacağıq. Biz öz tərəfimizdən təminat verə bilərik ki, indiki mərhələdə Azərbaycana təzyiq göstərəcəyik.

Göründüyü kimi, ABŞ Qarabağda erməni işğalının davam etməsi üçün Azərbaycana, sərhədlərin açılması və Ermənistanın xilas edilməsi üçün isə Türkiyəyə təzyiqlər göstərib. Lakin bütün bunlar nəticə vermədi və Azərbaycanın torpaqlarını azad etməsi, Qarabağda erməni separatizmini məhv etməsi bütün oyunları alt-üst etdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 785   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr