Etdiyi yardım başına BƏLA OLDU: Vətənə xəyanətə görə 12 il həbs CƏZASI VERİLDİ - FOTOLAR
Rusiyada Ukrayna ordusu üçün pul toplamaqda ittiham olunan vətənə xəyanətdə təqsirli bilinib.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ və Rusiyada ikili vətəndaşlığı olan Kseniya Xavana Ukrayna ordusu üçün pul toplamaqda ittiham olunaraq vətənə xəyanətdə təqsirli bilinib və 12 il azadlıq məhrum edilib.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti bir sıra iddialar irəli sürüb. İddia olunur ki, Xavana "Ukrayna təşkilatlarından birinin maraqları naminə fəal şəkildə pul toplayıb. Vəsait sonradan Ukrayna Silahlı Qüvvələri üçün taktiki tibbi ləvazimatlar, avadanlıq, silah və sursat almaq üçün istifadə edilib.
Keçmiş balerina olan Xavana amerikalı ilə evləndikdən və Los-Ancelesə köçdükdən sonra ABŞ vətəndaşlığını alıb. Rusiya dövlət mediasına görə, ailəsini ziyarət etmək üçün Rusiyaya qayıdan Xavana Yekaterinburqda həbs edilib.
Məhkəməyə çıxarılan qadın qapalı keçirilən iclasda ona qarşı irəli sürülən ittihamları qəbul edib. Vəkili Mixail Muşailov bildirib ki, Xavana pulun köçürülməsi əməlini etiraf edib. akin vəsaitin "anti-Rusiya təbliğatı" üçün istifadə olunacağından xəbərsiz olub. Vəkil qərardan apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını bildirib.
Kris Van Heerden həbs qərarı çıxarılandan bəri yoldaşı Xavananın azadlığa buraxılması üçün kampaniya aparır. Qadın yoldaşı Los-Anceles qəzetlərindən birinə açıqlama verib:
"Ukraynadakı müharibəyə görə yoldaşıma Rusiyaya getməyinin təhlükəli olacağını dedim. Lakin, o ənə rus olduğu üçün heç bir problemi olmayacağına dair üminlik verdi. Yoldaşımın azadlığa buraxılması üçün əlimdən gələni edəcəm".


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1201 Tarix: 16 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabr