Trampa sui-qəsd edən şəxsin meyiti YOXA ÇIXIB
Ötən ay 20 yaşlı Tomas Metyu Kruks ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd təşkil etməyə cəhd edib. Hətta sözügedən şəxslə bağlı bir sıra məqamlar üzə çıxmışdı. "The Telegraph" nəşrinə görə, keçmiş sinif yoldaşları onun hədəfi pis və təhlükəli nişan aldığı üçün məktəbin atış dərslərindən uzaqlaşdırıldığını deyib.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, konqresmen Klay Hiqqinsin hesabatında yeni məqamlar üzə çıxıb. Hesabata görə, Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruksun meyiti "yoxa çıxıb".
Hiqqins avqustun 5-də Kruksun cəsədini görmək istədikdə, FTB-nin hadisədən 10 gün sonra cəsədi ailəsinə qaytardığını öyrənib. O, bildirib ki, yerli hakimiyyət orqanları və tibbi ekspertizanın bundan xəbəri yoxdur. FTB bu qərarı versə də ekspertizanın meyit üzərində qanuni səlahiyyətləri var.
Hesabat sui-qəsdin necə baş verməsi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Məxfi Xidmət rəisi Kimberli Çitl iyulun 23-də istefaya getməyə məcbur olub, lakin hələ də cavabsız qalan suallar var. Hiqqins deyir ki, o, avqustun 4-dən 6-dək Butlerə səfəri zamanı öz araşdırmasını aparıb. FTB-nin cəsədi heç bir nəzarət olmadan ailəyə qaytarması sual altındadır və bunun gələcək istintaq səylərinə mane ola biləcəyi ifadə edilir.
Hiqqins FTB-nin bu hərəkətlərini "çox narahatedici" adlandırır və Amerika xalqının Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı tam həqiqəti bilməyə layiq olduğunu vurğulayır.
Xatırladaq ki, 78 yaşlı Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Tramp sağ qulağından yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun Məxfi Xidmət agentləri tərəfindən zərərsizləşdirildiyi bildirilib. Kruksun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 968 Tarix: 17 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr