Azərbaycanda yeniyetmələrin BIÇAQ SEVGİSİ - Valideynlər bunlara DİQQƏT ETSİN

Azərbaycanda yeniyetmələrin BIÇAQ SEVGİSİ - Valideynlər bunlara DİQQƏT ETSİNYeniyetmə və gənclərin aqressiyasının səbəbi; hüquqşünas: "İşsizlik, təhsilsizlik problemini aradan qaldırmaqla cinayətlərin sayını da azaltmaq olar"

Son vaxtlar yeniyetmələrin, "bığ yeri yenicə tərləyən" gənclərin ağır cinayətlər törətməsi faktları artıb. Təkcə 15 avqustda ölkədə 17 və 18 yaşlı iki gənc adam bıçaqlayıb. Göygöldə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Bəhrəmbəy kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü A.Süleymanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Ramin Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha bir hadisə isə Göyçayda baş verib. 17 yaşlı yeniyetmə Səid Bayramlı əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayevi bıçaqlayaraq öldürüb. Yeniyetmə və gənclərin bıçaq "sevgisinin", aqressiyasının səbəbi nədir? Ölkədə gənc və yeniyetmələrin kriminal davranışa meyllənməsi, bir çoxunun cibində bıçaq gəzdirməsi halları var. Bunun səbəbi nədir? Yeniyetmə və gəncləri belə davranışlardan uzaqlaşdırmaq üçün hansı profilaktik tədbirlər, maarifləndirici işlər görülməlidir?

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlərin "cavanlaşması" tendensiyası müşahidə olunur: "Hazırda dünyada "cinayətkarlığın cavanlaşması" ciddi narahatlıq doğuran məsələlərdəndir. Bu gün məhkum olunmuş şəxslərin əsas kateqoriyasını 16 yaşdan 35 yaşa qədər olanlar təşkil edir. Məhkumların islah olunması ilk olaraq cəzasını çəkdiyi yerlərdə, azadığa buraxıldıqdan sonra ona təhsilinin davam etdirilməsi üçün imkanın yaradılmasında, işlə təmin olunmasına xüsusi qayğının həyata keçirilməsində, ailə həyatının normal axara yönəldilməsində, cəmiyyətdə sosial qruplar arasında qarşılıqlı, isti, mədəni münasibətlərin bərpa olunmasında mümkündür. Rusiya Federasiyasında keçirilən sorğular zamanı məlum olub ki, azadlıqdan məhrum olunmuş şəxslərin 45 faizi azadlığa buraxıldıqdan sonra məhkumluqlarının olması səbəbindən işə qəbul edilmələrindən imtina edilir. Bəzən çətin durumda və məhrumiyyətlərlə üz-üzə qalan, iradəsi zəif belə şəxslər həyatda çıxış yolu tapa bilmədiklərinə görə, yeni cinayətlərin törədilməsində israrlı olurlar. Azərbaycanda bu tendensiyanın aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi və müvafiq qurumlar iş aparırlar. Bununla belə, vəziyyətin müsbətə meyllənməsi üçün islah müəssisələrinin fəaliyyəti məhkum gənclərin təhsil və ixtisas əldə etməsinə yönəldilməlidir. Məhkumların qohumları ilə ictimai faydalı əlaqələrinin bərpası və saxlanması, ictimaiyyətin, dini qurumların nümayəndələrinin tərbiyə prosesinə cəlb edilməsi, məhkum qadınların azadlığa buraxılmasına hazırlıq və gələcək sosial reabilitasiya proqramlarının işlənib hazırlanması istiqamətində görülən işlər böyük əhəmiyyət kəsb edir. 2024-cü ilin ötən 6 ayı ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 18 min 518 cinayət qeydə alınıb. Onların 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluqlar 38,9, quldurluqlar 10,3, soyğunçuluqlar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb. Statistikadan da göründüyü kimi, yetkinlik yaşına çatmayanların cinayətləri azalıb".

Natiq Ələsgərovun sözlərinə görə, yeniyetmələrin, gənclərin davranışını formalaşdıran bir neçə amil var: "Hər bir yeniyetməyə, gəncə öz potensialını ortaya qoymağa şərait yaradılmalıdır. Onda sabaha inam hissi, sabahdan gözləntiləri olmalıdır. Əgər sabaha inam yoxdursa, arzuolunan səviyyədə deyilsə, onlar cinayət xarakterli işlər görməyə daha meylli olurlar. İnsanlar işsiz olanda cinayətə meyllilik inkişaf edir. Belə adamların aldığı məlumatlar da cinayət aləminin məlumatları olur. Gənclərimiz işsizdir, pulu yoxdur, özünü təsdiq edə bilmirlər".

Natiq Ələsgərov deyir ki, sosial şəbəkələrdə oğru aləminin təbliği də yeniyetmələrin, gənclərin cinayətə sürüklənməsinə xidmət edən amillərdən biridir: "Mənəvi dəyərlər aşılayan filmlər yoxdur, əvəzində bu aşınmanı təbliğ edən kinolar, seriallar bəs deyincədir. TV-lərimizi bir çox hallarda yüngüllük, yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal edib. Ümid tək təhsil sisteminədir. Təhsil sistemi uzun illərdir ki, eksperimentlər obyektidir. Gənclərimiz işsiz, təhsilsizdir. İşsizlik, təhsilsizlik problemini aradan qaldırmaqla cinayətlərin sayını da azaltmaq olar. Cinayətlərin artımına səbəb olan amillər toplumu var. Əsas cinayətin motivinə diqqət etmək lazımdır. Çox təəssüf ki, statistik məlumatlar açıqlanarkən motivi göstərmirlər. Tam olmasa da, belə cinayətlərin törədilməsində əsas rol oynayan sosial-iqtisadi durumdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 764   Tarix: 17 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr