Taksi qiymətləri 2 dəfə bahalaşdı: Sentyabrdan isə...
Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.
Məlumdur ki, yay mövsümüdür. Bakıda təhsil alan minlərlə tələbə tətildədir, həmçinin, yay ayları olduğu üçün məzuniyyətdə olan işçilərin də sayı çoxdur. Yəni taksilərin sayının 2 dəfə azalması hazırda qıtlıq yaratmasa da yeni mövsümdə bunu demək çətin olacaq. Bununla belə, əvvəllər sifariş verdikdə ünvana 3-5 dəqiqə ərzində gələn taksilər indi sifarişi daha gec yerinə yetirirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hazırda taksilərin sayı 2 dəfə azaldığı kimi, qiymətlər də 2 dəfə artıb:
"Nazirlik əməkdaşı, nazir müavini özünə uyğun verdiyi qərarların nəticəsi ilə yaxşı fikir səsləndirir, reallıqları nəzərə almır. Amma başa düşmək lazımdır ki, paytaxtda taksilərin sayının azalmasına baxmayaraq, xidmətdə elə də ciddi keyfiyyətə nail olunmayıb. Çünki elə həmin köhnə nəqliyyat vasitələri xidmətdədir və avtomobil parklarında heç bir yenilənmə müşahidə olunmur. Əksinə, az qala qiymətlər 2 dəfə bahalaşıb. Bu isə birbaşa taksi xidmətinin çatışmamazlığı ilə bağlıdır".
Ekspertin fikrincə, müştərilərə təklif olunan xidmətdə isə müsbət dəyişiklik yoxdur:
"Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan xeyli insan iş yerini itirib. Bəzi hallarda insanlar taksi şirkətlərinə sifariş verir, lakin uzun müddət gözləsələr də, nəqliyyat vasitəsi olmadığından sifarişdən imtina edilir. Bu cür imtinalar olduqca tez-tez təkrarlanır. Yəni bu tipli məsələlər həllini tapmayıb. O cümlədən, Bakı ətrafı kəndlərdən şəhərin mərkəzinə hərəkət edən 1 manatlıq taksilər qiymətləri 2, bəzən isə 3 manata qaldırır. Xidmətin keyfiyyəti ilə bağlı hansısa müsbət nəsə deməyə dəyməz, əksinə qiymətlərdə kifayət qədər bahalaşma yaranıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1074 Tarix: 18 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr