Haylar yenə də DİNC DAYANMIR: Erməni təxribatında pərdəarxası MƏQAMLAR - ŞƏRH
Xəbər verdiyimiz kimi, Kəlbəcərdə mövqelərimiz atəşə tutulub. Avqustun 18-i saat 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
COP29 tədbiri ərəfəsində Ermənistan tərəfi sakit dayanmır. Görünən odur ki, qarşı tərəf son 4 ildə baş verən hadisələrdən dərs çıxartmaq niyyətində deyil. Burada məqsəd Azərbaycanı yeni müharibəyə cəlb etməkdir. Bu baxımdan vəziyyət hərbi komandanlığın nəzarəti altındadır. Bəs Ermənistanın atəşkəsi pozmasında başqa hansı məqamlar var?
Mövzunu Sonxeber.az-a şərh edən Tərlan Eyvazov deyib ki, atəşkəsin pozulma hallarını bir sıra məqamlar ilə əlaqələndirmək mümkündür:
"Bunu bilavasitə COP29 tədbiri, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və yaxud Ermənistan-Amerika arasında olan hərbi əməkdaşlığa bağlamaq olar. Ən əsası odur ki, məhz bu məsələlər Naxçıvan istiqamətində baş verir. Digər bir səbəb kimi, Naxçıvan hərbi birləşməsinə yeni bir komandanın təyin olmasını göstərərdim. Ola bilər ki, bu həm də bir nəbz yoxlamasıdır. Yeni komandan yerində bərkiməmiş çaşqınlıq yaratmaq istəyirlər. Hər bir halda bu Ermənistan tərəfinin özünün bildiyi bir təxribatdır".
Eskpertin sözlərinə görə, artıq bunu hansısa bir hakimiyyətə tabe olmayan qurumun provokasiyası kimi qiymətləndirmək düzgün deyil:
"Ona görə ki, Ermənistan tərəfi nəinki belə qurumların olduğunu deyir, hətta atəşkəsin pozulması halını etiraf belə etmir. Bütün bu səbəblərin hamısı ola bilər. Bütün səbəbləri toplayaraq bir nəticəyə gəlməliyik. Təbii ki, belə bir hadisənin səviyyəli beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ərəfəsində baş verməsi ölkəmizi cavab verməyə sövq etməkdir. Bununla da müəyyən mənada Azərbaycanın qeyri-sabit ölkə olması görüntüsünü yaratmağa çalışmaqdır və bu mümkün deyil. Azərbaycan hakimiyyəti və hərbi komandanlığı məsələyə soyuqqanlı yanaşır. Cavab tədbirləri adekvat görülməklə susdurulur".
Xatırladaq ki, avqustun 18-i saat 19:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 839 Tarix: 19 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021