"Bakı Tikiş Evi"ndən Milli Məclisə "TRAMPLİN": Maliyyəçi Elnur Rəhimovu parlamentə kim və necə "daşıyır?"

"Bakı Tikiş Evi"ndən Milli Məclisə "TRAMPLİN": Maliyyəçi Elnur Rəhimovu parlamentə kim və necə "daşıyır?"Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə "qələbə"si öncədən proqnozlaşdırılan bir sıra namizədlərlə bağlı ortaya xeyli suallar çıxır.

2020-ci ilin fevralında keçirilmiş növbədənkənar seçkilər nəticəsində formalaşan VI çağırış Milli Məclis də gözlənildiyi kimi, özünün səalhiyyət müddətini sona qədər davam etdirmədi. Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı müvafiq Sərəncama uyğun olaraq, parlament vaxtından əvvəl buraxıldı və sentyabrın 1-nə yeni seçkilər təyin olundu. Təbii, erkən seçkilərə start verildikdən sonra bütün diqqətlər başda hakim partiya olmaqla, siyasi qüvvələrin, o cümlədən, müstəqil siyasətçilərin seçki hazırlıqlarına yönəldi. Eyni zamanda, təyin olunan seçkilərin ölkə parlamentarizmi tarixində yeni mərhələnin başlanğıcı olaraq təqdim edilməsi bu mühüm siyasi kampaniyaya marağı daha da artırırdı. O baxımdan, namizədlərin irəli sürülməsinə start verildikdən sonra partiyaların kimləri "döyüş"ə cəlb etmələri istiqamətində müzakirələr vüsət aldı.

Sözsüz ki, bu sırada ilk növbədə 1995-ci ildən sonra keçirilmiş bütün parlament seçkilərində parlament çoxluğuna sahiblənən Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısı bu müzakirələrin episentrini təşkil edirdi. Bu, bir tərəfdən YAP-ın hakim partiya olması ilə əlaqədar idisə, digər tərəfdən Milli Məclisin yeni tərkibinin əhəmiyyətli dərəcədə yeniləcəyinə dair gözləntilərlə şərtlənirdi. O baxımdan, parlamentin tərkibində gözlənilən yeniliklər YAP-ın deputatlığa namizədlər korpusunun tərkibi ilə əlaqələndirilirdi. Qısaca demək olar ki, bu gözləntilər təsəvvür edilən miqyasda doğrulmadı. Çünki YAP-ın parlament karyeraları hələ ötən əsrdən başlayan veteranlarının yeni siyahıda da yer alması həm birmənalı qarşıalanmadı, həm də bəhs olunan gözləntiləri yetərincə zəiflətdi. Yəni belə hesab edildi ki, hakim partiyanın stajlı deputatları yenə namizəddirlərsə, onların növbəti dəfə mandat almamaları istisnadır.

Lakin YAP-ın 1 sentyabr seçkilərində namizədliyini irəli sürdüyü fərdlərin içində yenilərin olmadığını söyləmək də imkan xaricindədir. Hər halda, nəinki cəmiyyətdə, hətta media cameəsində belə adını kimsənin eşitmədiyi bəzi fiqurlar hakim siyasi təşkilatın namizədləri qismində mübarizəyə qoşulublar. Doğrudur, onlardan bir çoxunun "növbətçi namizəd" olduqları iddia edilsə də, həmin şəxslərin YAP-ın deputatlığa rəsmi namizəd statusu qazanmalarının özü də üstündən sükutla keçiləcək məsələ deyil.

Cəmiyyətdə adı eşidilməyən, jurnalistlərin belə tanımadığı YAP-ın deputatlığa namizədləri arasında Elnur Fidail oğlu Rəhimovun adı xüsusi seçilir. Əslində, burada "seçilir" sözü bəlkə də yerinə düşmür – artıq deyildiyi kimi, onun hər hansı ictimai obrazı mövcud deyil. Amma onun adını ictimai diqqətə yönəldən ciddi bir amil var – o, "Bakı Tikiş Evi" ASC-nin rəhbəri Fidail Rəhimovun oğludur. Həm də sadəcə oğlu deyil, eyni zamanda, atasının maliyyə məsələləri üzrə müavinidir. Bununla belə, xarici ölkədə təhsil almaq və tanınmış iş adamının oğlu olmaq YAP-ın namizədlər siyahısına düşmək üçün nə qədər yetərli ola bilər? Axı son məlumatlara əsasən, hakim partiyanın üzvlərinin sayı 700 min nəfəri çoxdan keçib. Təsəvvür edin, onların arasında Elnur Rəhimova siyasətdə master-klass keçə biləcək yüzlərlə, minlərlə, lap on minlərlə hazırlıqlı insan var. O zaman "Bakı Tikiş Evi"ndə gəlir-çıxar məsələləri ilə məşğul olan birinin YAP-ın namizədlər korpusuna daxil edilməsi nə dərəcədə təbii görünür? Cavab özlüyündə aydındır.

Bundan başqa, Elnur Rəhimovun atası Fidail Rəhimovun rəhbəri olduğu "Bakı Tikiş Evi" ASC-nin də cəmiyyətdəki reputasiyası müsbət deyil ki bu amilin onun namizədliyinə təsirindən danışmaq mümkün olsun. Əksinə, son illərdə məktəbli formalarının istehsalını monopoliyaya götürən, o məhsullara istədiyi qiyməti qoyaraq valideynləri soymaqdan çəkinməyən bir şirkətin belə məsələlərdə pozitiv rolu ola bilməz.

Ona görə də Elnur Rəhimovun YAP-ın namizədlər syahısına salınmasında "qüdrətli gizli əl"in rolu haqqında fikir yürütmək olar. Bəli, rəqiblərindən biri uzunmüddətli deputat Ziyad Səmədzadə olsa da, YAP-ın namizədi olması onun mandat almaq şansını artırır. Ancaq mandat qazansa belə, fövqəladə nə baş verəcək ki? VI çağırış Milli Məclisin deputatı olan və namziədliyi yenə irəli sürülən, Nurlan Həsənovdan fərqli nə edəcək? O da xaricdə təhsil almışdı, "yeni təfəkkür" sahiblərindən hesab olunurdu. Amma mətbuata ilk açıqlamasındaca Azərbaycanla Almaniya arasında "möhtəşəm" müqayisə apararaq, özünü ömürlük gülüş hədəfinə çevirdi.

Görək, Elnur Rəhimov mandat alacağı təqdirdə Azərbaycanı hansı ölkə ilə müqayisə edəcək?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1647   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr