Azərbaycanda meşə yanğınlarının baş verməsi GÖZLƏNİLİR? - AÇIQLAMA

Azərbaycanda meşə yanğınlarının baş verməsi GÖZLƏNİLİR? - AÇIQLAMATürkiyənin meşə yanğınları baş verən bütün bölgələrində alovla mübarizə davam edir. Türkiyənin İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində helikopterlər də cəlb edilməklə yanğınlara qarşı mübarizə aparılıb. Səhərdən başlayaraq isə altı vilayətin səkkiz bölgəsində alovla mübarizə tədbirləri idaha da intensivləşdirilib.Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə səfərbər olunub. Yanğın bölgələrindən indiyədək 3971 nəfər təxliyə olunub. Ölkə üzrə yanğınlarla bağlı yeddi nəfər saxlanılıb, onlardan ikisi həbs edilib.

Yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması və meşə zonalarına tullantıların atılması yanğın riskini artırır. Günəş şüalarından yarana biləcək istilik meşə yanğınlarına təkan verən amillərdəndir. Bəs Azərbaycanda meşə yanğınlarının baş verməsi gözləniləndir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuraliyev deyib ki, meşə yanğınlarının baş verməsinin əsas səbəbi insan amilidir:

"Ona görə də bütün təsərrüfat sahibləri, meşə zonasında yerləşən fərdi yaşayış evləri və istirahət mərkəzləri, meşə ərazilərdə istirahət edən şəxslər mütləq şəkildə yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər. Açıq oddan istifadə edilməməlidir. Əgər buna lüzum varsa, odun tam sönməsinə əmin olmaq lazımdır və ondan sonra ərazi tərk edilməlidir. Meşə yanğınlarının statistikasının əksəriyyəti insan məsuliyyətsizliyinin payına düşür".

Ekspertin sözlərinə görə, ondan sonra meşə əraziləri təmiz saxlanmalıdır. Ərazi çirkli olarsa, məişət tullantıları meşə zonasında mövcuddursa günəş şüalarından yaranan istilik yanğınlara səbəb ola bilər:

"İnsanlar meşə ərazilərində piknik etdikdən sonra ətraf ərazilərə tullantılar atırlar. Bütün bunlar yanğınlara səbəb ola bilər. Şüşə qırıntısı və yaxud taxta, karton üzərində yarana biləcək istilik alışmaya gətirib çıxara bilir. Meşə yanğınlarından heç kim sığortalanmayıb. Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır. Burada həm də insan sağlamlığından söhbət gedir. Burada insanların əmlakına, həm də ekologiyaya ciddi zərər dəyir".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 682   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021