20 yaşlı qızı öldürən 62 yaşlı müəllimə hökm oxundu
Abşeron rayonunda 20 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.
Eynulla Quliyev 1994-cü il təvəllüdlü tanışı Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.
E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 538 Tarix: 22 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 50-yə tibb müəssisəsi TƏMİR OLUNACAQ
Azərbaycanda 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq. -in məlumatına görə, söhbət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən elan olunan iri satınalmadan gedir. Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxana və digər tibb müəssisələrini
31 martAzərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinib? - RƏSMİ
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. AQTA-dan -a verilən məlumata görə
31 martMəhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşib
Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizas
31 martAprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31 martŞəmkirdə qadın dərmandan zəhərlənərək ölüb
Şəmkirdə qadın dərmandan zəhərlənərək ölüb. apa-ya istinadən xəbər verir ki, 1974-cü il Z.Həsənova dərmandan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır
31 mart