Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA
Meymunçiçəyi çox nadir hallarda rastlanılan zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. "Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.
İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.
Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.
Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur", - deyə məlumatda qeyd edilib.
09:32
Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.
Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.
"Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.
Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1386 Tarix: 22 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
40 yaşdan yuxarı şəxslərin nəzərinə - Sabahdan...
Sabahdan Azərbaycanda vaksinasiya prosesində növbəti mərhələyə başlanılacaq. qaynarinfo-ya istinadən xəbər verir ki, martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya cəlb olunacaq. Peyvəndləmə prosesi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçü
21 mart 2021Hamilə qadınlar peyvənd olundu - Təhlükə varmı?
"Pfizer/BioNTech" hamilələr üçün peyvənd sınaqlarına başlayıb. -a istinadən bildirir ki, araşdırma 9 ölkədə 4 min qadın üzərində gerçəkləşdiriləcək. Artıq araşdırma çərçivəsində ABŞ-dakı qadınlara ilk dozalar inyeksiya olunub. Prosedura qatılan qadınlar 18 yaşdan yuxarı və hamiləliklərini
13 mart 2021Njde yox, Pənahəli xan! - "Yandeks" adları dəyişdi
Rusiyanın "Yandex.Maps" axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib. Haqqın.az-a istinadən xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəl
21 mart 2021Şamaxıda evə basqın edib qadını çənəsindən bıçaqladılar
Şamaxıda quldurluq hadisəsi baş verib. "Ölkə.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaql
31 avqust 2020Plastik qapı və pəncərələrin yüksək keyfiyyətlə hazırlanması!
Cam balkon,Plastik qapı və pəncərələrin yüksək səviyyədə hazırlanması, avtomatik jalüzlərin yığılması, cam balkon, yerində hər cür pəncərələrin gözəl təmir olunması,şüşə qapıların və şüşə ara kəsmələrin yığılması.Hər cür formada duş kabinələrin yığılması. Əlaqə üçün . (055) 277878
21 sentyabr 2020"Bəyanatdan imtina Ermənistan üçün fəlakətə səbəb olacaq" - Paşinyandan ETİRAF
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanatdan imtina fəlakətə səbəb olacaq. -a istinadən xəbər verir ki, Paşinyan bununla bağlı Araqasotn bölgəsinin sakinləri ilə görüşü zamanı danışıb:. "Məni satqınlıqd
20 mart 2021Bakıda 550 küçə dezinfeksiya edilib
Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin
10 aprel 2021SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI
Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib
13 mart 2021Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır. -ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələ
9 dekabr 2020