Ağdamda ata-bala seçki monopoliyası...-PREZİDENTƏ MÜRACİƏT OLUNUB

Ağdamda ata-bala seçki monopoliyası...-PREZİDENTƏ MÜRACİƏT OLUNUB119 saylı Ağdam Dairə Seçki Komissiyasında inanılmaz olaylar baş verir.

Bu saatlarda əldə etdiyimiz məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısının 1-ci müavini Allahverən Əliyev Seçki Məcəlləsin bütün tələblərini kobud surətdə pozaraq, Ramiz Mehdiyevin sayəsində 20 ildir Ağdamdan millət vəkili edilən və hazırda da deputatlığa namizəd Bəxtiyar Əliyevin seçki təbliğatına heç nədən və heç kimdən çəkinmədən birbaşa rəhbərlik edir.
Ağdamdan deputatlığa namizədlərdən bir neçəsinin Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa etdiyi şikayətlər barədə mediada yazılar dərc olunub. Məsələ ondadır ki, belə qanunsuzluqlar baş verəndə Dairə Seçki Komissiyasının (DSK) sədri müvafiq tədbir görməlidir və RİH başçısının 1-ci müavinindən aidiyyəti üzrə şikayət yazılıb, həm də hüquq-mühafizə orqanlarına göndərilməlidir.

Lakin Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, Ağdam DSK-nın sədri Sahil Əliyev bunu edə bilmir. Səbəb də odur ki, Allahverən Əliyev DSK sədrinin atasıdır.

Oğul atanı necə cəzalandıra bilər? Bundan əlavə, Allahverən Əliyevin qızı, yəni Ağdam 119 saylı DSK-nın sədrinin bacısı Sahilə Allahverən qızı Əliyeva 50 saylı Məntəqə Seçki Komissiyasının sədridir. Hansı ki, bu məntəqədə ən azı 1300 seçici var.
Sual yaranır: ata, oğul və məntəqə sədri olan bacı Əliyevlərin hökmran olduğu bir dairədə ədalətli seçkidən danışmağa dəyərmi? Və ya, kim zəmanət verə bilər ki, nəticələr Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmayacaq? Çünki ata Allahverən Əliyev dəfələrlədir ki, Seçki Qanunvericiliyini ciddi şəkildə pozaraq və inzibati resurslardan sui-istifadə edərək Bəxtiyar Əliyevin seçki təbliğatında iştirak edir.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının 115 qaynar xətti ilə də əlaqə saxladıq. Bu barədə növbəti yazıda.
Sonda: öyrəndik ki, namizədlərdən üçü Allahverən Əliyevin və Bəxtiyar Əliyevin bu qanunsuz hərəkətindən Prezidentə müraciət ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 775   Tarix: 22 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr