"Bu namizədin platforması belə qanun pozuntusundan başqa bir şey deyil" – Rəqibindən Ağalar Vəliyevə ittihamlar
"Parlament seçkiləri hələ başlamayıb, amma Xaçmaz rayonunda Ağalar Vəliyevin saxtakarlıq və qanunazidd hərəkətlərinin ardı-arası kəsilmir."
Bu barədə "AzPolitika"ya 57 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Samid Seyidov bildirib.
Samid Seyidovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədən deputatlığa namizədi Ağalar Vəliyev dövlət qurumlarının yardım və gücündən istifadə edərək seçicilərə təzyiq edir:
"Əslən Yevlaxlı, ləqəbi də "susan deputat" olan Ağalar Vəliyev təbliğat, təşviqat kampaniyası zamanı açıq-aşkar ciddi pozuntulara imza atır. Belə ki, dövlət qurumlarının yardımından istifadə edərək onun görüşlərinə büdcədən maliyyələşən idarələrin işçilərini adlı siyahı ilə məcburi qaydada cəlb edirlər. Bu azmış kimi Xaçmaz rayon Təhsil Şöbəsi birbaşa bütün direktor və müəllimlərə tapşırıq verib ki, hər kəs Ağalar Vəliyevə səs verəcək. İnsanları toplu şəkildə avtobuslara mindirib görüşlərə aparmaqdan əlavə, Ağalar Vəliyevə səs vermək üçün onbaşı, yüzbaşı və minbaşı kimi titullu insanları ödəniş əsasında cəlb edirlər ki, seçkiyə adam gətirsinlər.
Namizəd olduğu halda şəhid ailəsi ilə görüşə gedəndə isə Xaçmaz rayon Rəşid Behbudov küçəsindəki obyektləri bağladırlar ki, bəs deputat gələcək tez bağlayıb çıxın. Ağalar Vəliyev namizəd olduğu halda indidən xalqın qapısını bağlayırsa, sabah bu adam Xaçmazda nələr edəcək, ağıla da gəlməz. "
Namizəd Samid Seyidov sözlərinə görə, təbliğat zamanı pul vəd vermə, hədiyyə vəd vermə qadağan olunsa da, Ağalar Vəliyev bütün qanunsuz təsir vasitələrindən istifadə edir:
"Bütün bunlardan əlavə, uzun ilərdir siyasətin içində olan bu insanın platforması belə qanun pozuntusundan başqa bir şey deyil. Qanunvericiliyə əsasən, təbliğat zamanı pul vəd vermə, hədiyyə vəd vermə qadağan olunsa da, Ağalar Vəliyev hər yerdə açıq-aydın deyir ki, mən seçilsəm, qazi və şəhid ailələrini həccə göndərəcəm, ehsan verəcəm, ildə dörd dəfə evlərinə bayram sovqatı göndərəcəm. Real bir həll yolu olmayan bu insan şəhid və qazilər üzərində reklam kampaniyası qurmaqdan başqa bir şey fikirləşə bilmir. Xaçmazın əhali sayı 200.000 nəfərdir. Bu adamın Xaçmazın gələcəyi, əhalinin güzəranı ilə bağlı planı yoxdur.
Hətta görüşlərə də Goranboydan bir avtobus adam tutub gətirib ki, baxın mən bunları ziyarətlərə göndərmişəm, bunlara hər il sovqat vermişəm. Qazilərə 300, şəhid ailələrinə isə 500 AZN dəyərində birdəfəlik maddi yardım da söz verir. Bu pozuntu deyil, bəs nədir? Hər yerdə prezidentin adından istifadə edib sonra da bu pozuntuları etmək nə deməkdir axı?"
Samid Seyidov açıqlamasında Ağalar Vəliyevi debata çağırıb: "Sosial şəbəkələr vasitəsilə xalqın gözü önündə müzakirəyə səsləyirəm. Görək, 15 il deputat olub 15 dəqiqə xalq üçün danışmayan Ağalar Vəliyev debata gələcək, ya yox?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 794 Tarix: 22 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabr