Milli Məclisdə bir çıxışı ilə qalmaqala salan namizəd: Bəhruz Məhərrəmova niyə töhmət verilmişdi?

Milli Məclisdə bir çıxışı ilə qalmaqala salan namizəd: Bəhruz Məhərrəmova niyə töhmət verilmişdi?Builki parlament seçkilərinə hakim fraksiyanın yeni dəyişiklərlə gedəcəyi bildirilsə də, yenə də deputatlığa namizədliyini verən şəxslərin çoxu hamıya bələd simalar oldu. Hətta Milli Məclisdə YAP-dan fərqli olaraq, digər siyasi qüvvələri təmsil edən namizədlər də yenidən mandatını qorumaq üçün mübarizəyə qoşulub.

Onların arasında bir çoxu mediada var-dövləti ilə ad çıxarsa da, digərləri parlamentdəki susqunluğu, yaxud dayaz açıqlamaları ilə gündəmə gəlməyi bacarıb.

Yenicag.az-ın seçki marafonu ilə başlatdığı silsilə yazıların bugünkü "qonağı" Milli Məclisin VI çağırış deputatı olmuş Bəhruz Məhərrəmovdur.

Bəhruz Məhərrəmov parlamentdə bitərəf olsa da, adətən, iqtidaryönümlü açıqlamarı ilə gündəmə gələn bir şəxsdir. Hətta Bəhruz müəllim deputatlığının ilk ilində Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət də almışdı. Belə ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər birmənalı qarşılanmışdı. Hətta komissiya deputat söz çıxışlarında məsuliyyət hissini rəhbər tutması, Azərbaycanın milli maraqlarını daim nəzərə alması ilə bağlı tövsiyələr də vermişdi. Beləliklə, parlamentin İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmişdi.

Ümumiyyətlə isə yuxarı dairələrdən Bəhruz Məhərrəmova dəfələrlə xəbərdarlıq edərək, çıxışları və müsahibələri zamanı ehtiyatlı olmağı, parlamentin nüfuzuna zərbə vuracaq sözlər deyilməməsi tapşırılsa da, deputat səriştəsizliyindən və ya düşünülmüş şəkildə təmsil etdiyi partiyanı və parlamenti öz çıxışları ilə nüfuzdan salmağa davam edib.
Onun dayaz və birmənalı olmayan açıqlamaları isə bununla bitmir. Belə ki, deputatın xalq hərəkatı haqda dedikləri son sözlər isə ictimai etirazla yanaşı, hakim partiyada da qəzəb doğurmuşdu. Onun sözügedən açıqlamasından bir hissəni təqdim edirik:

"Azərbaycan tarixində milli ruha, azadlıq ideallarına AXC-Müsavatın xuntası qədər zərbə vurmuş ikinci qüvvə yoxdur. Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqının sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz Ulu Öndərin portretləri ilə ayağa qalxmışdı. Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçovun "yenidənqurma siyasətinin" elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları ələ keçirməsi isə hərəkatının məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı. O dövrdə Qorbaçov rejimi bütün ittifaq dövlətlərində müstəqilliyə meylli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını Ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər".

Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikirləri ilə razılaşmayaraq, xalq hərəkatını tənqid etməyi, Azərbaycanın dahi şəxsiyyətlərinin müqayisənin aparılmasını düzgün saymadığını bildirmişdi:

"1988-ci ildə biz – 1 milyon, milyon yarım insan erməni işğalına qarşı çıxırdıq, bunun hakimiyyətə dəxli yoxdur. SSRİ-nin dağılmasında ən mühüm rol oynayan hadisələrdən biri isə məhz Azərbaycan Xalq Hərəkatı idi. Başda Bəhruz Məhərrəmov olmaqla, bəzi cavan dostlarımız prosesləri bilmir.

Bu xalq bizimdir. AXC-Müsavat hakimiyyətinin qüsurları olub, bəli, tənqid edə bilərsən. Amma Müstəqillik Aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada, ölüb getməmişik. Götürün Heydər Əliyevin Xalq Hərəkatına münasibətini oxuyun.

Mənim kitabım var. Bəli, səhvlər oldu və Heydər Əliyev gəldi, çox böyük fəlakətdən xalqı qurtardı. Onu Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Ay cavan oğlan, sən nə qazanırsan? Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb, sonra danışar".

Yeri gəlmişkən, qeyd edək ki, cənab Məhərrəmov məhz bu qalmaqaldan sonra bir müddətdir ki, səssizliyə çəkilib. Lakin buna baxmayaraq, onun 69 saylı Biləsuvar seçki dairəsindən namizədliyini verməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının siyahısında məlumatlar yer alıb.

Lakin belə başa düşürük ki, bu il Bəhruz müəllimin şansı sıfıra bərabərdir. Çünki 4 il ərzində bir dəfə də olsun, yararlı açıqlama verməyən, danışmaq xətrinə danışan Bəhruz Məhərrəmov Biləsuvar seçicilərinin bir daha etimad göstərəcəyi real görünmür.

Mövzunu davam etdirəcəyik…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1277   Tarix: 22 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr