Bu məktublar Atatürklə bağlı şok həqiqəti ortaya çıxardı: ögey bacısı... - FOTO

Bu məktublar Atatürklə bağlı şok həqiqəti ortaya çıxardı: ögey bacısı... - FOTOTürkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ortaya çıxan yeni məktubları sayəsində ögey bacısının olduğu məlum olub.

Publika.az xəbər verir ki, tarixçilər Kənan Özkan və Sevilay Özerin üzə çıxardığı məktublarda Atatürkün həyatının kiçik hissəsi ilə bağlı məlumatlar yer alıb.

Bu vaxta qədər Atatürk haqqında yazılan tərcümeyi-hallarda adı heç vaxt çəkilməyən bacısı Saimə xanımın varlığını ortaya qoyan sənədlər Milli Müdafiə Nazirliyinin Dövlət Arxivləri İdarəsinə verilib.

Saimə xanım Mustafa Kamal Paşanın Diyarbəkirdə xidmət etdiyi dövrdə ögey qardaşına məktublar yazıb. Məktublarda onun ərinin Elektrik Mühəndisi Yusuf Nejad bəy olduğu bildirilir: "Hörmətli qardaşım, sizdən şəxsən lütfkarlıqla həyat yoldaşımı qorumanızı xahiş edirəm".

Kamal Paşa Silvandan göndərdiyi 26 oktyabr 1916-cı il tarixli iki səhifəlik məktubla bacısına cavab verir. "Hemşire hanım" müraciətindən istifadə edən Atatürk, "həyat yoldaşınız zabit olduğu dəstə ilə birlikdə mənim qərargahıma daxil oldu", deyə qeyd edib. O, məktubunda bacısının ərinə ayrıca diqqət göstərəcəyini və ya onu himayə altına alacağını bildirən cümlə işlətməyib.

Bacısının fotoşəkil istəyinə cavab verən Atatürk, o zaman Akaretlerdə yaşayan anasının evini işarə edərək bu sözləri yazəb: "Bir fotoşəkili təqdim etmək mənim üçün şərəf olardı. Ancaq indi yanımda yoxdur. Hazırda çəkdirmək hələlik mümkün deyil. Ancaq düşünürəm ki, Beşiktaş, Akaretlerdə 76 ünvanında yaşayan anamda bəzi fotoşəkillərim var. Övladlarınızla birlikdə gözlərinizdən öpürəm".

Tədqiqatçılar sözügedən məktubların məzmununa toxunarkən Saimə xanımın öz dövrü üçün çox savadlı bir ailəyə mənsub olduğuna diqqət çəkiblər. Sənədlərdə Saimə xanımın atası həkim Miralay Osman bəyin 1914-cü ilin mart ayında Kuleli xəstəxanasındakı vəzifəsindən təqaüdə çıxdığı göstərilib. Onun məktubunun göndərildiyi ünvanın Çengelköy Kulelidəki Setbaşı olduğu da vurğulanır.

Paşanın məktubundakı digər diqqət çəkən məqam isə övladlarının təhsilinə önəm verən və qızını həkim olmaq üçün Vyana Tibb Məktəbinə hazırlayan Saimə xanımı təqdir etdiyi hissələrdir. Bacısı ilə 1916-cı ildə yazışmalardan sonra görüşdüyünü sübut edən başqa heç bir sənəd yoxdur. Ailə üzvlərinə və yaxın ətrafına maddi yardım edən Mustafa Kamalın 1923-cü ildə bacısına 100 lirə verməsi Paşanın çətin şəraitdə belə yaxınlarına qayğı göstərməsinin bariz nümunəsidir.
Bu məktublar Atatürklə bağlı şok həqiqəti ortaya çıxardı: ögey bacısı... - FOTOBu məktublar Atatürklə bağlı şok həqiqəti ortaya çıxardı: ögey bacısı... - FOTOBu məktublar Atatürklə bağlı şok həqiqəti ortaya çıxardı: ögey bacısı... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 799   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış həkim bloger arvadından boşandı: "Yalvardım..." - VİDEO

Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşı, bloger Fidan Zeynlə ayrılması barədə ilk dəfə ətraflı danışıb. xəbər verir ki, həkim ailəsinin dağılmaması üçün son ana qədər mübarizə aparıb. Onun sözlərinə görə, boşanma prosesinin qarşısını almaq ümidi ilə heç bir məhkəmə iclasında iştirak etməyib v

1 fevral
.

Çilingərin istifadə etdiyi əsas alətlər hansılardır?

Çilingər xidməti gündəlik həyatda gözlənilməz hallarda ən çox ehtiyac duyulan peşələrdən biridir. Qapının açılmaması, açarın sınması və ya kilidin sıradan çıxması kimi vəziyyətlərdə peşəkar çilingər sürətli və təhlükəsiz həll təqdim edir. Bu işin effektiv görülməsi isə birbaşa istifadə olunan alətlərdə

28 yanvar
.

10 min nəfərlik cinayətkar imperiyanı idarə edən 11 nəfər edam olundu

Çində Myanmada mafiya tipli dələduzluq mərkəzlərini idarə edən və qaçmağa cəhd göstərən işçiləri öldürən məşhur Min ailəsinə məxsus cinayət qruplaşmasının 11 üzvü edam edilib. Bu barədə cümə axşamı Çin dövlət KİV-ləri məlumat yayıb. xarici mediaya istinadla bildirir ki, Min ailəsi Myanmanın şimalındak

29 yanvar
.

Smartfon batareyasının boşalmasını ləngitməyin çox sadə yolu

Google-un araşdırması və 4PDA portalının redaksiyasının təcrübəsi göstərib ki, Android smartfonlarda tünd mövzudan istifadə batareya enerjisinə qənaət etməyə kömək edir. -ın xarici mediaya istinadla məlumatına görə, "Google"un araşdırması sübut edib ki, OLED ekranlı smartfonlarda tünd mövz

29 yanvar
.

Avropadakı çörəklər niyə həzm problemi yaratmır?

Bir çox səyahətçinin ortaq müşahidəsi budur: "Xaricdə doyunca çörək yeyirəm, amma mədəm ağrımır". Bunun səbəbi yalnız "tətil ruhu" və ya az stres deyil, çörəyin hazırlanma prosesindəki köklü fərqlərdir. xəbər verir ki, Avropada çörəklər əsasən təbii turş xəmir ilə hazırlanır və fermentasiy

1 fevral
.

"YouTube" milyonlarla abunəçisi olan kanalları sildi

"YouTube" süni intellektlə hazırlanmış aşağı keyfiyyətli məzmunla mübarizə çərçivəsində bir neçə məşhur kanalı eyni vaxtda platformadan silib. xəbə verir ki, onlayn video montaj platforması Kapwing-in yeni hesabatı göstərir ki, "Google"a məxsus "YouTube" 2026-cı ilin əvvəlind

31 yanvar
.

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır - PSİXOLOQ

Perfeksionizmə və rasional qərarlara meyillilik zaman keçdikcə dünyanın qeyri-rasional və xaotik olması ilə toqquşur. Yüksək intellekt həyatda uğur qazanmağa kömək edə bilər. Lakin hətta çox ağıllı insanlar da bəzən müəyyən "həyat qaydalarını" düzgün anlamırlar və bunu çox gec dərk edirlər

28 yanvar
.

"Tesla" iki modelin istehsalını dayandıracaq

"Tesla" şirkəti "Model S" və "Model X" elektromobillərinin istehsalını dayandıracaq və Kaliforniyadakı zavodunu "Optimus" insanabənzər robotlarının istehsalı üçün yenidən quracaq. xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask məlumat verib. "Model S"

30 yanvar
.

Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?

Bitkilər qızılı yoxdan var etmir, lakin alimlərin fikrincə, bəzi növlər torpaqdakı qızıl hissəciklərini özündə toplayaraq ekoloji təmiz mədənçilik üsulunun qapısını açır. xəbər verir ki, bu sahədəki araşdırmaları ilə tanınan Kris Anderson və komandası sübut edib ki, xüsusilə evkalipt və Hind xardal

27 yanvar