Bir əldə iki QARPIZ tutmaq: Fermer çox, alıcı dadlı MƏHSUL axtarışında - ŞƏRH

Bir əldə iki QARPIZ tutmaq: Fermer çox, alıcı dadlı MƏHSUL axtarışında - ŞƏRHMaraqlıdır, qarpızın dadlı və şirin olması nədən asılıdır? Nə üçün ötən il şirin qarpız tapmaq əsl tapıntı idi, bu il isə, yox?

Qarpızın inkişafını azaldan faktorlar

Hər rayonun spesifik meyvəsi olur. Quba ağ alması, Ordubad əriyi, Lənkəran naringisi ilə məşhur olduğu kimi Sabirabad da qarpızı ilə tanınır. Şirin qarpız deyəndə ağlımıza Sabirabad gəldiyi üçün, sualımızı Sabirabadda qarpız əkini ilə məşğul olan Mədət Manafova ünvanladıq.

Həmsöhbətimiz deyir ki, qarpızın şirinliyi onun sortundan, yetişmə dərəcəsindən, torpaq şəraitindən, iqlimindən, suvarma və gübrələmədən, eləcə də yığım zamanından asılıdır. Onun sözlərinə görə, bu faktorların hər biri qarpızın şirinliyinə təsir edir: "Tam yetişmiş, doğru şəraitdə böyümüş qarpızlar daha şirin olur. Qarpız şoran torpaqlarda yaxşı inkişaf etmir. Şoran torpaqlarda duz miqdarı çox olduğundan, bitkilərin kökləri suyu və qidaları effektiv şəkildə mənimsəyə bilmir. Bu vəziyyət qarpızın inkişafını azaldır. Qarpız üzvi maddələrlə zəngin, günəşli və isti iqlim şəraitində yetişir. Torpağın düzgün tərkibi və suvarma şəraiti qarpızın yaxşı böyüməsi və yüksək keyfiyyətli məhsul verməsi üçün əsasdır".

Qarpıza su çox veriləndə...

M.Manafov vurğulayır ki, Sabirabad bölgəsi qarpızın yetişməsi üçün ideal şəraiti ilə tanınır. Sabirabadın isti iqlimi və günəşli hava şəraiti qarpızların yaxşı böyüməsinə və şəkər tərkibinin artmasına kömək edir. Torpağın mineral tərkibi və suvarma imkanları qarpızın şirinliyini artırır. Amma burada da suvarma dəqiq aparılmalıdır:

"Sabirabad isti yerdir və qarpız da istini sevir. Ona görə bu torpaqda qarpız düzgün əkildikdə, becərildikdə şirin olur. Meyvənin inkişafı zamanı, xüsusilə erkən mərhələlərdə bol suvarma vacibdir. Amma qarpız meyvə kimi formalaşmağa başladıqda, suvarma azaldılmalıdır. Çünki su çox veriləndə qarpızın şəkər tərkibi azalır. Bundan əlavə, qarpızı yetişdirmək üçün peyindən istifadə edirik. Peyin, torpağın strukturunu yaxşılaşdırır, üzvi maddələrlə zənginləşdirir və bitkiləri qidalandırır. Sabirabad bölgəsi uzun illərdir qarpız əkini ilə məşğul olduğu üçün burada yerli əkinçilər təcrübəlidirlər. Bu təcrübə də qarpızın keyfiyyətli yetişdirilməsində özünü göstərir".

Ötən il bazarda Sabirabad qarpızı az idi

Ötən il qarpızın şirin və dadlı olmamasının səbəblərinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, ötən il Sabirabadda qarpız əkini istənilən səviyyədə deyildi:

"Ötən il bu bölgədə qarpız əkənlərin əksəriyyəti pambıq əkininə yönəlmişdi. Buna görə də Sabirabad qarpızları bazarda azlıq təşkil edir, qarpız ehtiyacını digər rayonlar qarşılayırdı. Bu il isə kifayət qədər qarpız əkilib. Aran zonası, xüsusilə də, Sabirabad qarpızı şirinliyi ilə seçilir. Bu səbəbdən bu il bazarda ötən ilə nisbətən şirin qarpız daha çoxdur".

Qarpızın ən tələbkar olduğu təbiət hadisəsi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirib ki, qarpızın şirin olması genetik faktorlardan və becərmə şəraitindən asılıdır:

"Şəkər yüksək olduqca, qarpız da şirin olur. Bu da bir çox faktordan asılıdır. İlk olaraq genetik faktor, həmin sortun xüsusiyyətləridir. Elə qarpız sortu var ki, çox şirindir, eləsi var ki, nisbətən şirindir. Şirinlik becərmədən də asılıdır".

Mütəxəssis bildirir ki, qarpızın ən tələbkar olduğu təbiət hadisəsi günəşdir:

"Günəşli günlərin sayı çox olanda qarpız şirin olur. Çünki yetişmə prosesində gün işığından daha çox şəkər toplaya bilir. Builki iqlim şəraiti qarpızın yetişməsi üçün münbit olub. Fermerlərin becərmə texnikası da burada əhəmiyyət daşıyır. Onların yeni texnologiyalara yiyələnmələri ilbəil artır. Müasir gübrələrdən istifadə edirlər, bu da öz müsbət təsirini göstərir".

"Daha çox su verib, daha böyük məhsul alacağam"

Mütəxəssis də təsdiqləyib ki, qarpız susuzluğa davamlı bitkidir, suyun çoxluğu onun keyfiyyətini azaldır:

"Suyun çox verilməsi aqrotexnikanın pozulmasıdır. Fermer düşünür ki, daha çox su verəcəyəm, daha böyük məhsul alacağam. Amma bu zaman keyfiyyət azalır. Qarpızı daha çox suvaranda onun şəkəri aşağı düşür, amma iri olur. Bu zaman insanlar şirinliyi hiss etmir. Qarpızın şirin olmasında əkildiyi ərazidəki minerallı torpaqlar böyük önəm kəsb etmir. Ötən ilin qarpızın şirin olmama səbəblərindən biri günəşli havaların azlığı, düzgün becərilməməsi ola bilər".

Şirin qarpızı necə seçə bilərik?

Qarpız əkini ilə məşğul olan Mədət Manafov deyir ki, qarpız seçərkən ilk olaraq onun rənginə və görünüşünə diqqət etmək lazımdır:

"Yaxşı yetişmiş qarpızın qabığı tünd yaşıl rəngdə olur və üzərində ağ zolaqlar olmalıdır. Çox böyük qarpızlar bəzən çox su tərkibinə malik ola və şirinliyi az ola bilər. Orta ölçülü qarpızların şirin olma ehtimalı daha çoxdur. Bundan əlavə, qarpızın qabığı sərt və düz olmalıdır. Yumşaq və ya çuxurlu yerləri olan qarpızlar yaxşı yetişməmiş və ya zədələnmiş ola bilər. Diqqət etməli olduğunuz tək şey qarpızın saplağının nə qədər quru olmasıdır. Qarpızın saplağı qurudursa, bu, yetişmiş olduğunu göstərir. Gövdəsi yaşıldırsa və qurudulmayıbsa, bu, qarpızın vaxtından əvvəl yığılması deməkdir".(kaspi)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 805   Tarix: 24 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr