Ali məktəblərə qəbul ola bilməyən tələbələr niyə xaricə ÜZ TUTURLAR? - VİDEO
Qəbul imtahanlarında 27227 abituriyent ali məktəblərə qəbul olmadı. Onların əksəriyyəti universitetə qəbul olmağın başqa yollarını axtarırlar. Kəsişdikləri nöqtə isə eyni olur. Xaricdə təhsil almaq. Bu isə bir çox şirkət üçün göydəndüşmə fürsət olur. İllərdir bazarda olanlar, sonradan bu sahəyə gəlir məqsədilə yanaşanlar bu məqamda ortaya çıxır və diqqətçəkən kampaniyalara start verirlər. Maraqlı təkliflər ilə müştəri gözü ilə abituriyentləri razı salmağı da bacarırlar. Xaricdə təhsil alan abituriyentlər nə qazanıb, nə itirəcəklər?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "ARB Xəbər"in əməkdaşları araşdırma aparıb:
"İmtahanda az bal toplasam da təhsil almaq istəyirəm. Buna görə də şirkətlərə üz tutdum. Ukraynaya gedəcəm. Orada təhsil alacam".
Bu fikirlə xaricə üz tutanlar gedəcəkləri yerdə nə ilə qarşılaşacaqlarını təbii ki, bilmirlər. Bildikləri müəyyən ödəniş qarşılığında seçim etdikləri şirkətlərin bəzəkli cümlələri ilə verdikləri vədlərdir. Məsələn: "Attestatı gətir, ödənişi et, səni elə bir universitetə göndəririk ki, oxuyub gələn kimi diplomun tanınacaq. Ən qəribəsi isə odur ki, bunu həm əyani, həm də qiyabi təhsil üçün şamil edirlər:
"Əgər Rusiya və Ukraynada təhsil alırsınızsa 100 faiz diplomunuz tanınır. Türkiyədə də diplomu tanınan tələbələrimiz var. İlliyi 1880 manat arasındadır. Ofis və xidmət haqqı isə 500 manatdır. Tələb olunanlar isə attestat və qiymət cədvəlidir".
Bəs həqiqətənmi xaricdə təhsil almaq bu qədər asan və əlçatandır. Belə çıxır ki, heç bir imtahan verməyən abituriyent yalnız bir sənəd təqdim etməklə Azərbaycanda qazana bilmədiyi uğuru başqa ölkə də qazanacaq ?
Ətraflı "ARB Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 615 Tarix: 26 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr