Samirə Yusifqızı ƏSƏBLƏŞDİ: "Qızım kimi iynə-dərmanla yaşayasınız, daşımız düşüb başınıza..."
"Etdiyim xeyir əməlləri heç vaxt heç yerdə demirəm. Çünki desəm o artıq xeyriyyəliyindən çıxır. Onu reklam üçün etmiş oluram. Mən istəmirəm ki, bunu reklam kimi başa düşsünlər. Öz yaxınlarımla bunu edirik. Bu günlərdə xeyriyyə kampaniyası keçirdim, ancaq kasıb dostlarım qoşuldu. Pullu, var-dövlətli dostlarımın heç biri iştirak etmədi".
Bunu Moderator.az-a açıqlamasıdan tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.
"O insanlara demək istəyirəm ki, gedin kəfəni puldan sifariş verin, bəlkə o biri dünyada inkir-minkir gördü, çaşıb sizi cəhənnəm əvəzinə cənnətin ayaq altısına buraxdı! Çox bədbəxt adamlarsız! Allah insana iki əl verib ki, biri qazansın, biri xərcləsin. Ovucunu nə qədər çox sıxsan ordan su daha çox töküləcək. Zatən o yığdığınız pullar sizə qismət olmayacaq. Ya həkimə, iynə-dərmana verəcəklər, ya da yadlar gəlib yeyəcək. Heç kim heç nə aparmır. Etdiyiniz yaxşılıqlar da, xeyriyyə əməlləri də hamısı bu dünya üçündür. Əgər onu da etməyi bacarmırlarsa yazıq onlara. Restoranında işlədiyim rəhbər şəxs var. 100 dəfə Həcc ziyarətinə gedib. Vəziyyətim pis olanda, oğlum əməliyyat olunanda dəfələrlə ona ağız açmışam, 1 manat da mənə yardım etməyib. Kömək edənlərin hamısı kasıblardır" deyə müğənni bidirib.
"Yəqin ki, bu sözlərimdən sonra da rəy yazacaqlar. Bu başdan deyirəm ki, həmin şərhləri yazan insanlar gedib güzgüdə özlərinə, arxalarındakı vedrəyə baxıb, sonra ona-buna vedrə qoşsunlar. Kim ki, qızımın pisliyinə danışır, onun problemi həmin insanlara da qismət olsun. Bu qarğış yox, duadır. Mənim qızım oynayır da. Toyda nə etməlidir? Oynayır əcəb edir, yaxşı edir. Toyda oynadığı şəxslərin həyat yoldaşları da yanlarında olur. Gedib otelləri gəzmir ki. Onun sənəti bunu tələb edir. Mənim qızım üçün kimsə nəsə desə dünyanı dağıdaram. O adamı dişimlə didərəm. Çünki mənim qızım o tərbiyənin, qeyrətsizliyin, namussuzluğun yiyəsi deyil. Geyinir əcəb edir, oynayır yaxşı edir. Lütdənənlərdən danışın! Adlarını xalq artisti qoyub, min hoqqadan çıxanlardan danışın! Fərəh yaxşı edir. Bizim daşımız tez düşür hamının başına. O daşın altında qalasız. Fərəh meydangirdir, səmimidir, sadədir. Artıq-əskik yazanlar qızım kimi iynə-dərmanla dolansınlar. Balasını böyüdür, saxlayır. Sabah bir şey olsa gəlib bir parça çörək verəcəksiz?" deyə müğənni bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM