Kursk təbiətini seyr edən Bülbül rus "mujik"in uzatdığı araq badəsindən imtina etdi və...

Kursk təbiətini seyr edən Bülbül rus "mujik"in uzatdığı araq badəsindən imtina etdi və..."Rus bolşevik gülləsindən və baltasından Afşarın(Abşeron -S.L.) su quyularında, Sibir torpaqlarında gömülmüş altun ziyalılarımız və başbilənlərimiz bir yanda, guya çiçəklənən sosialist mədəniyyətimizin cəlladlar qarşısındakı nümayişi digər yandaydı..."

Ətraflı
"Əqləsığmaz əhvalat Üzeyir bəy və Soltan bəy Hacıbəylilərin olduğu guşədə də baş verirdi. Bir erməni milis nəfəri dəhliz qarşısında durub, onları göz açmağa qoymur, elə hey söz ataraq əsəbiləşdirirdi..."

"Oğuz atalarımız demiş, başımı yarır, ətəyimə qoz tökür, yaxud yarım mənə qapaz vurdu, elə bildim sığalladı..."

1960-1980-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından olmuş, Milli Azadlıq Qərargahının rəhbəri, mərhum tarixçi-yazar Oqtay Eldəgəzin 2014-ci ildə "Poladdan bir yarpaq" adlı kitabında dərc edilmiş "İçim yanır, çölüm yox" məqaləsində 51 qələməlik(vaqonluq) bir qatarda Moskvaya yola düşən, Üzeyir Hacıbəylinin, Bülbülün, Şövkət Məmmədlinin və s. tanınmış Azərbaycan ziyalısı və mədəniyyət xadimlərinin də daxil olduğu heyətə yolboyu Rusiya bolşevikləri və onların əlaltıları olan ermənilər tərəfindən təhqiramiz münasibət, başlarına gələnlərdən bəhs edilir.

Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucuların ixtiyarına buraxırıq:

"1938-ci il aprelin 5-dən 15-dək Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirilirdi. Rus bolşevik gülləsindən və baltasından Afşarın(Abşeron -S.L.) su quyularında, Sibir torpaqlarında gömülmüş altun ziyalılarımız və başbilənlərimiz bir yanda, guya çiçəklənən sosialist mədəniyyətimizin cəlladlar qarşısındakı nümayişi digər yandaydı... Oğuz atalarımız demiş, başımı yarır, ətəyimə qoz tökür, yaxud yarım mənə qapaz vurdu, elə bildim, sığalladı...

Amacımız özgədir, onun üçün də aprel ayının 1-ə, Bakının sərnişin dəmiryolu duracağına dönək. İki buxar maşını (parovoz-S.L.) qoşulmuş 51 qələməlik(vaqon-S.L.) qatar iştirakçıları, tamaşalar avadanlığını, müsamirələrin musiqi alətlərini, qrim vasitələrini, səhnə əşyalarını və respublikanın hərif rəhbərlərini oğrubaşılar quzeyinə aparmaq üçün fit verir. Nədənsə Siyasi Büro üzvləri arasında Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini alaybaşı Ruben Markaryan və Daxili Siyasi İdarənin müstəntiqi Xoren Qriqoryan da hökumət qələməsində gedirdi. Mir Cəfər Bağırlının və hökumət üzvlərinin elliklə yürüşü bu tədbirə əlahiddə bir rövnəq verməli idi. Elə ki, xüsusi qatar aran yoluna çıxdı, sənətçilər yerləşmiş ovalarda(kupe) əsrarəngiz olaylar qafiləsi, möcüzəli vaqiələr düzümü və sirli durumlar törəməyə başladı. Öncə 37 saylı qələmədə opera teatrınım əmlakı tüstülənməyə üz qoydu. Qatarı saxlayıb yanğını söndürdülər. Qatar meyxanasından bir yeşik beşulduz konyak gətirib kiminsə adından "Nərgiz" operasında Əlyar surətini ifa edəcək N.A. Hacıbababəyli və dirijor Qrand İonesyanın məskunlaşdığı ovaya atdılar. Tanınmış oyunbaz nə qədər and-aman elədisə də, nəticə görünmədi. 20 şüşədən ikisi boş idi... Yol yoldaşı onu birtəhər toxtatdı...

Əqləsığmaz əhvalat Üzeyir bəy və Soltan bəy Hacıbəylilərin olduğu guşədə də baş verirdi. Bir erməni milis nəfəri dəhliz qarşısında durub, onları göz açmağa qoymur, elə hey söz ataraq əsəbiləşdirirdi. Qələmələrin bələdçilərinin tam əksəriyyətinin hay qadınlarından seçilməsini yada salsaq, mənzərə öz cizgilərini göstərmiş olar...

Rostov şəhəri arxada qaldıqdan sonra yasaqlara rəğmən qələmələrə yad sərnişinlər doluşdu. Yarıçılpaq sərxoş rus qadınları, qaba söyüşlərlə dəhlizləri başlarına götürən əyyaş rus gədələri yetənə yetir, yetməyənə daş atırdılar. Sanırdın ki, görünməz bir əl bu fuçurun iplərini oynatmaqla böyük qarışıqlıq və qalmaqal mühiti yaratmaqdadır...

Üzeyir bəylə qonşuluqda yer almış Bülbül pəncərədən Kursk təbiətini seyr edərkən dəhlizdə səndələyən saqqallı bir rus "mujik"i ona araq dolu badəni içməyi təklifdə bulunmuş, rədd cavabı aldıqda arağı sənətkarın üzünə atmışdı. Süpürləşmə zamanı Bülbül çənəsindən və burnundan zədələr almış, cani sürətlə qatardan tullanıb aradan çıxmışdı. Bu özbaşınalığa da qiymət verilmədi...

Əgər qələmələrdə hökm sürən natəmizliyi, əlüzyuyanlarda su kəsirini, yataq əşyalarının çatışmazlığını və xidmət qüsurlarını da qalaq-qalaq yığsaq, "xalqlar dostluğu" təntənəsini Moskvada nümayiş etdirəcək bu qatar və onun sakinləri çox da uzaaqlarda olmayan yerlərə güzar eyləyən yatab qatarlarını və zavallı məhbusları andırırdı...

Müsafirlər mənzil başına yetişdilər, iki mehmanxana onları qoynuna aldı...

(Davamı var)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 716   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr