Elmir Ramazanov sahibkarın pulların büdcədən kənar fonda köçürmə etdiyi üçün geri qaytarmaqdan rəsmi olaraq imtina edir-FOTO/VİDEO

Elmir Ramazanov sahibkarın pulların büdcədən kənar fonda köçürmə etdiyi üçün geri qaytarmaqdan rəsmi olaraq imtina edir-FOTO/VİDEOHaqsızlığa məruz qalan Sahibkar Ramil Aslanov Prezidentə müraciət etdi. Haqlı olduğunu sübut etsədə qanunsuz tələblərindən geri çəkilmək niyyəti olmayan Baş Gömrük İdarə rəhbəri ELmir Ramazanovun sahibkara verdiyi rəsmi cavab isə bir çox qaranlıq məqamlara aydınlıq tələbi yaradıb.

Qeyd edək ki, E.Ramazanovun rəsmi məktubu sahibkardan qanun tələbindən çox özünün və DGK rəhbərliyinin birgə qanunsuzluğunun ifşası oldu

Sahibkar Ramil Aslanovun Prezidentə ünvanladığı məktubdan:

Hörmətli Cənab Prezident,
Məlumat üçün bildirirəm ki, 26.08.2024- cü il tarixində internet vasitəsilə E-gov gömrük saytına daxil olaraq yuxarıda qeyd edilən bəyannaməni nəzərdən keçirtdim. Baxış nəticəsində müəyyən etdim ki, 18.05.2024-cü il tarixli bəəyannamədə heç bir dəyişiklik edilməmiş və bəyannamədə əvvəlki məbləğ 32098.38 manat məbləğ qalmaqdadır.
Burada belə bir sual yaranır əgər Bakı Baş Gömrü İdarəsi mənim hesabımdakı pulu həmin bəyannamə üzrə ödəmənin aparılması üçün büdcənin xeyrinə tutmuşdursa hansı səbəbdən həmin məbləğ bəyyanamədə öz əksini tapmamışdır? Əgər mənim ödədiyim pul vəsaiti Dövlət büdcəsinə keçirilməmişdirsə o zaman hansı səbəbdən mənim ərizəmə əsasən həmin məbləği geri qaytarılması üçün müvafiq addımlar atılmır və həmin məbləğ mənə geri depozit hesabıma qaytarılmır? Mən çox yaxşı dərk edirəm ki, bir sahibkar kimi yerinə yetirdiyim işlərlə bağlı Dövlət büdcəsinə müəyyən pul vəsaiti ödənilməlidir və həmin vəsait toxunulmazdır. Amma Bakı Baş Gömrük İdarəsindən mənə göndərilən haqqında danışdığım məktubda görün nə yazılır.

"MMC tərəfindən baş İdarənin büdcə hesabına ödənilmiş gömrük borcunun müvafiq məhkəmə qərarında asılı olaraq qüvvəyə mindiyi tarixdən sonra MMC-yə qaytarılması, yaxud büdcəyə silinməsi təmin ediləcəkdir" Açığını söyləsəm bu cümləni anlamağda çətinlik çəkirəm. Məgər Respublikanın Baş Gömrük İdarəsi sayılan Respublika Gömrük Komitəsinin öz büdcə hesabı vardır və həmin büdcə hesabı Dövətin büdcə hesabı deyil bəyəm? Əgər Baş İdarənin büdcə hesabı ölkənin Dövlət büdcəsində fərqlidirsə və mənim şirkətimə məxsus pul vəsaiti Dövlət büdcəsinə ödənilməmiş Baş İdarənin büdcə hesabındadırsa nə səbəbdən həmin pul vəsaiti mənim yuxarıda qeyd edilən ərizəmə əsasən hesabıma köçürülmür? Çox qəribədir, belə çıxır ki, Respublikanın Gömrük Orqanı Dövlət büdcəsinin içərisində özünə büdcə hesabı açıb və orada istədiyi əməliyyatları həyata keçirir. Belə çıxır ki, istənilən pul vəsaiti bir müddət Dövlət Gömrük Komotəsinin hesabında saxlanılır bəlkə də həmin vəsaitlə müxtəlif "əməliyatlar" yerinə yetirilir həmin vəsaitin müəyyən hissəsi Dövlət büdcəsinə keçirilir, müəyyən hissəsi isə Dövlət Kömrük Komitəsinin büdcə hesabında qalmaqda davam edir hər halda maraqlı məqamdır məncə bu sahəni araşdırmaq pis olmaz. Mən heç kimə qara yaxmaq istəmirəm sadəcə onu bildirirəm ki, əgər mənim hesabımdan tutulmuş pul vəsaiti Dövlətin büdcə hesabına keçirilmirsə və həmin pul vəsaiti Gömrük Komitəsinin büdcə hesabındadırsa nə səbəbdən həmin pul vəsaiti mənim ərizəmə əsasən geri qaytarılmır?

Hörmətli Cənab Prezident,

Eyni zamanda onuda qeyd etmək istəyirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun imzası ilə mənim şirkətimə ünvanlanmış yuxarıda qeyd edilən məktubda göstərildiyi kimi şirkətimə idxal olunan mallarla bağlı gömrük dəyərinin müəyyən edilməsi 1-ci üsulunun tədbiqi uyğun hesab edilməmişdir. Zənnimcə bu fikir Ölkə qanunvericliyi ilə ziddiyət təşkil edir. Belə ki, gömrük qanunvericiliyinə uyğun olaraq ölkəyə idxal edilən mallarla bağlı hər hansı bir uyğunsuzluq aşkar edildiyi halda müstəqil ekspert dəvət edilməli və müvafiq sənədlər tərtib edilməlidir ki, buna əməl edilməmişdir. Hesab edirəm ki, mənim şirkətimə idxal edilən mallarla bağlı gömrük dəyərinin müəyyən edilməsi 1-ci üsulunun tətbiqinin uyğun olmaması barədə müddəa Bakı Baş Gömrük İdarəsinin subyektiv fikridir və təbii ki, mübahisələndirilə bilər.

Sahibkara təqdim edilən məktubdan gəlinən nəticə:

Qeyd edək ki sahibkara məxsus 2024-cü ilin may ayında mal gömrüyə daxil olub. Sahibkar Ramil Aslanov malını statistik dəyər üzrə bəyan etmiş və bildiriş almaq üçün günlərlə gözləməli olmuşdur. Lakin qanun sahibkarın bildirişi alması üçün çox şəffav şərait yaratmasına baxmayaraq bundan yararlanmağında suni qarşısı alınmaqdadır. Daxil olan malın Ümumi çəkisini 2.5 dollara vuraraq bəyanamə edən sahibkar Elmir Ramazanovun kefinin qurbanına çevrilir. Kefindən vaxt edən Elmir Ramazanov malların çəkisini 2.5 dollara yox ədədini 1 dollara vuraraq gömrüyə ödəniş bəyanəməsini edilməsi tələbi irəli sürür. Haqsız tələbin irəli sürən Elmir Ramazanov sahibkarı aylardır sürürndürür. Lakin sahibkar Elmir müəllimin haqsız tələbinə boyun əyməkdən imtina edərək qanunları istinad edərək haqqını tələb edir.

Sahibkar sual verir ki niyə 1 dolara vurmalıyam. Cavabında başqa şəxslərin gətirdiyi qiymətləri göstərən Elmir Ramazanov aidiyyatı olmayan məhsullara istinad edir. Lakin Elmir Ramazanov unudur ki, verdiyi açıqlama kamersiya sirrinin yayılması haqqında qadağanın pozulmasıdır ki buda cinayət əməli hesab edilir. Başqa bir şirkətə məxsus sirrləri digər sahibkara bildirmək məsuliyyət yaratmaqdadır. Cənab Elmir bəy siz bunun məsuliyyətini anladığınızdanmı yoxsa hüquqi terminləri bilmədiyinizdənmi edirsiz?

Sahibkar haqsız olan gömrükçülərə sübut edir ki, tələbləri qanundan kənardır və təqdim etdiyi bəyanamədən kənar heç bir mall və ya sayında səhvlik ola bilməz. Amma israr edən gömrükçülər üçün yükünün açılışa verilməsinə razılıq verir. Yüklər tam açılıb sayılır çeşidlərinə baxılır amma düz çıxması Elmir Ramazanovuyenədə qane etmir. Burda isə yenə sual yaranır Elmir bəy sizin dərdiniz bu sahibkarla nədən ibarətdir? Sahibkar Ramil Aslanova qarşı bu qədər qanunsuz tələblərin artırmaqla şəxsin müflis edilməsinə niyə maralı tərəf kimi nümayiş olunmaqdan zövq alırsınız? DGK rəhbərliyinin verdiyi qərar sizin üçün heç bir məna kəsb etmir?

Çəkilişimiz zamanı Natiq Şirinovun gömrükdə olmasından ehtiyat edən Elmir Ramazanov Sahibkarı razı salacağını deyərək 65000 manat ödənişlə malı buraxacağı vədin verir. Amma iki gün sonra malı buraxmaqdan imtina edərək məhsulun qiymətini 115000 manat dəyərləndirmə edərək sahibkara bunun ödənməsi tələb edir. Sahibkar Ramil Aslanov haqsız tələbi boyun əymir və yuxarı instansiyalara müraciət edir. Lakin Dövlət Gömrük Komitəsi Ramil Aslanova 65 min yox, 115 min də yox əvvəldən gələn mal üçün 86 min ödəniş et təzə gələn malınıda çıxart apar deyir. Sahibkar DGK rəhbərliyinin qərarı ilə razılaşır. Amma burda yenə Elmir Ramazanov Ramil Aslanovun razı salınmasından ciddi narahat olduğundan sövdələşməni təmin etmir.
Sonda Ramil Aslanov qanunvericiliyə istinadən Məhkəmə baxışına verəcəyini deyərək depozitdə olan vəsaitinin geri qaytarılmasını tələb edir. Amma Elmir Ramazanov yenə süründürməçilik siyasətini həyata keçirərək sahibkara savadını nümayiş etdirən rəsmi cavab məktub təqdim edib. Bu Mətubda deyilir ki, "MMC tərəfindən Baş idarənin büdcə hesabına ödənilmiş gömrük borcunun müvafiq məhkəmə qərarından asılı olaraq qüvvəyə mindiyi tarixindən sonra MMC-yə qaytarılması, yaxud büdcəyə silinmə təmin ediləcək". Cümlədəndə aydın olur ki, dövlət büdcəsindən kənar fond yaradaraq cinayət əməlləri mövcudur. Verilən məktubun cavabı yazan şəxsin dolayı yolla yuxarı instansiyanın əmrlərinə əsasən qanunsuz köçürmə edilməsinin üzərin açır. Bu isə Elmir Ramazanov tərəfindən deyil Şahin Bağırovun əmri ilə sahibkarın pulunun dövlət büdcəsinə deyil şəxsi ehtiyac meyarları üçün mənimsənilməsini göstərir. Elmir Ramazanovun anlayışında dövlət büdcəsindən kənar fond büdcə mövcudur. Şahin Bağırovun bu məsələyə susması isə sahibkarların ödədiyi vəsaitin qeyri qanuni olaraq ianə hesablara və ya Dövlət Gömrük Komitəsinin gizli fonduna toplandığı aydın olur. Məhs bu fand hesabındanda istədikləri yerlərə mədaxil məxaric edirlir. Adı isə büdcəyə göndərildiyi kimi cəmiyyətə yedizdirilir. Sahibkar bu vəziyyətdə dəli olmasın neyləsin. Depozitdə olan vəsaitini hansısa fonda köcürmə edən Elmir Ramazanov tələb edir ki ged məhkəmə qərarı ilə gəl ki həmin gizli fonddan pulu çəkib sənə qaytarım. Yəni adını bilmədiyin OFŞOR hesabı məhkəməyə verməsini sahibkardan tələb edən Elmir bəy özünün nə istədiyini anlayır?
Bu dövlətdə yeganə orqandır ki, Büdcədən kənar fondu saxlayıb və məmurlarının şəxsi təlabatlarınıda bu fond hesabına təmin edir desək yəqin yanılmarıq. Qısa müddət əvvəl Gömrük genralının müsadirə edilən malları evinin zirzəmisində toplaması və daha sonra bazarlara verməsi ilə bağlı məlumatlar yayıldı. İndi isə hansısa fond meydana çıxıb. Hamı dövlət büdcəsi olan bir büdcə tanıyır amma Elmir bəy dövlət içində dövlətin olduğun iddia edirsə daha buna biz deyil Hakim dairələr Elmir bəydən cavab tələb etməlidir. Öz şəxsi imtiyazlarına belə həmin fonddan istifadə edən gömrük rəhbərliyi Elmir bəyi görünür çox istəklərinə yox deyərək mərhəm sirrin açılmasına şərait yaratmış oldular. Gömrük Komitəsin dövlət vəsaitini şəxsi büdcəsində saxlaması əslində hansı qanunlara istinad edilir?

Elmir Ramazanov sahibkarın pulların büdcədən kənar fonda köçürmə etdiyi üçün geri qaytarmaqdan rəsmi olaraq imtina edir-FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1318   Tarix: 28 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr