Naxçıvanda zirehli avtomobili əlindən alınan iş adamının kimliyi bilindi
Bir neçə gün öncə mediada Naxçıvanda iş adamının zirehli avtomobilinin yüksək vəzifəli şəxs tərəfindən əlindən alındığı barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə avtomobilin əlindən alınan iş adamının və vəzifəli şəxsin kimlikləri barədə heç bir açıqlama verilmirdi.
Qlobal.az xəbər verir ki, jurnalist Samir Feyruzov feysbuk səhifəsində Naxçıvanda baş verən sözügedən hadisənin detalları barədə məlumat yayıb:
"Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı "Land Rover Defender" markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb.
Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir.
Məsələ diqqətimi çəkdi və araşdırdım.
Bəlli oldu ki, "Tikilməkdə olan layihələrin idarə edilməsi" MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov "Lan Rover Defender" markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib.
Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib.
Qeyd edim ki, fotodakı "Land Rover Defender" zirehlidir, qiyməti 250 min avrodan çoxdur."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1729 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabr