ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili "zəlil" edirlər -FOTO/VİDEO

ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili "zəlil" edirlər -FOTO/VİDEOƏlilliyi olan şəxslərin hüquqları haqqında Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri və s. tənzimləyir.

Əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı məsələlər, əlil olan şəxslərin hüquqları haqqında qəbul olunmuş Qanunun 31-ci madəsinin 31.1. bəndinə uyğun tənzimlənir. Yəni, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının qaydaları, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunur. O halda sual oluna bilər ki, görəsən Qanunun belə bir tələblərinə aidiyyəti dövlət qurumları tərəfindən lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Məsələn, bu günlərdə gundemxeber.az-ın redaksiyasına Bakı şəhəri, Səbail rayonu, Nicat Şükürlü küçəsi, ev-166 ünvanında yaşayan Əliyev Vahid İbrahim oğlu tərəfindən video-müraciət daxil olub.

Vahid Əliyev video-müraciətində bildirir ki, "29 may 1993-cü il təvəllüdlü qızım Samirə Əliyeva Bakı şəhərində anadan olmuşdur və ilk vaxtlar onun gözlərində heç bir problem olmamışdır. Elə ki, qızım 11 yaşına çatdı, o halda onun gözlərində müəyyən ağrılar əmələ gəlməyə başladı. Xeyli müddət Samirəni gözlərindən müayinə və müalicə etdirsək də, son anda heç bir nəticə əldə etmək mümkün olmadı və o, hər iki gözünün görmə qabiliyyətini tamamilə itirdi. Qızım hər iki gözünün görmə qabiliyyətini tam şəkildə itirdiyinə görə, həkim komissiyası ona I qrup gözdən əlillik dərəcəsi verdilər. Belə bir səbəbdən də, Samirə 19 sentyabr 2011-ci il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin (Vəsiqə №04802) üzvüdür.

31 yaşına çatan qızım özünü heç cür idarə edə bilmir. Əgər əvvəllər qızıma öz anası- həyat yoldaşım qulluq göstərirdisə, 2010-cu ildə həyat üzümüzə gülmədi və mən həyat yoldaşımı erkən yaşlarında itirdim. Bu gün mən qızım və oğlumla birlikdə lazımi şəraiti olmayan, hansı ki, 20 kvm-r ümumi sahəsi olan köhnə mənzildə yaşayırıq. Qeyd edim ki, yaşadığımız evdə lazımi şəraitin olmaması qalsın bir yana, heç fərdi ayaqyolumuz da yoxdur. Hal-hazırda bir neçə mənzil üçün təqribən on beş metra aralı məsafədə bir ayaqyolu var və bütün qonşular həmin ayaqyolundan istifadə edirlər. Bu da bizim üçün, ələlxüsus qızım Samirə üçün olduqca çətinliklər yaradır. Maddi vəziyyətimizin göstəricisinə gəlincə onu deyə bilərəm ki, biz də dözülməz həyat şəraiti keçirən ailələrdənik. Maddi imkanımız yol vermir ki, yeni mənzil alaq və həyat şəraitimizi bir qədər qaydaya salaq.

Qızım Samirə Əliyeva hər iki gözünün görmə qabiliyyətini itirib I qrup gözdən əlil olduğu üçün o, 2012-ci ildən Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində ümumi və güzəştli əsaslarla mənzil növbəsindədir. Qeyd edim ki, qızımın ümumi və güzəştli əsaslarla mənzil növbəsi siyahısına daxil edilməsi üçün, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Əsgərov 01 avqust 2012-ci il tarixdə №170 SƏRƏNCAM imzalamışdır.

Həmin vaxtdan 12 ildən bir qədər çox vaxt keçsə də, bu günə kimi qızımın mənzillə təmin olunması məsələsi həyata keçirməmişdir. Belə bir səbəbdən də, indiyəcən müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazıb göndərsək də, hər dəfə ünvanımıza başdansovdu cavablar veriblər. Məsələn, 2014-cü ildə ƏƏSMN-nə yazdığımız ərizəyə Dövlət Sosial Təminat Xidmətinin (indiki Dövlət Sosial Müdafiə Fondu) rəis müavini Ə. Seyidzadənin imzası ilə, 04 iyun 2014-cü il tarixdə № 03/1709 təsdiq olunmuş cavab məktubu verilmişdir. Məktubda qeyd olunur: "Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir.
İnşaası başa çatdıqdan sonra mənzil növbəsinə dayanan digər gözdən əlil şəxslər ilə yanaşı, Sizin də mənzillə təmin olunması məsələsinə növbəlilik qaydasında baxılacaqdır". Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini cənab Zaur İbrahimovun,

08 aprel 2024-cü il tarixdə imzaladığı №3-17-3/2-Ə-13486/4/2024 cavab məktubunda isə qeyd olunur ki, "Birotaqlı mənzillə təmin edilməyiniz barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında birotaqlı mənzil olmadığına görə, mənzil təminatınızı həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən birotaqlı mənzillər verilməyə başlandıqda sizə mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir". Bəli, bu cür cavablar olduqca gözəl və cəlbedici cavablar olsa da, nədənsə indiyə kimi bu yöndə heç bir nəticə əldə etmək mümkün olmur. O halda ortaya belə bir sual çıxır ki, görəsən qızım Samirə Əliyeva daha 12 il də gözləməlidir ki, onun mənzillə təminatı məsələsi öz həllini tapa bilsin? Qeyd etmək istəyirəm ki, artıq aidiyyəti dövlət qurumlarından bu yöndə verilən cavabların heç birinə hansısa formada inamımız qalmayıb. Çünki, ötən 12 il ərzində oxşar cavabları çox almışıq. Hər dəfə bizə "yağlı vədlər" verilib, son anda heç bir nəticə əldə etmək mümkün olmayıb. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin fəaliyyəti əməli işlər görmək əvəzinə, məhz sakinlərə, ələlxüsus gözdən əlil olan şəxslərə başaldadıcı cavablar verməkdən ibarətdir".

Bəli, söz yox ki, Səbail rayon sakini Vahid Əliyevin redaksiyamıza təqdim etdiyi video-müraciət olduqca diqqəti cəlb edir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra ƏƏSMN-nin rəhbər şəxsləri I qrup gözdən əlil Samirə Əliyevanın mənzillə təmin olunması məsələsinə xüsusi diqqət yetirib, problemin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar. Unutmaq olmaz ki, bir çox gözdən əlil olan şəxslərin, o cümlədən I qrup gözdən əlil Samirə Əliyevanın mənzil məsələsinin həll olunmamasında, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi də müəyyən məsuliyyətin daşıyıcısıdır. Çünki, adı çəkilən bu ictimai Birlik gözdən əlil olan hər bir şəxsin probleminə diqqətlə yanaşmalı və problemlərin həlli yöndə lazımi iradə ortaya qoymağı da bacarmalıdır. Bu məsələ ilə bağlı növbəti yazılarımızda geniş məqalələr dərc etməyə çalışacağıq.(Qərar.az)

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzunu diqqətdə saxlayacağıq.

ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili "zəlil" edirlər -FOTO/VİDEOƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili "zəlil" edirlər -FOTO/VİDEOƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili "zəlil" edirlər -FOTO/VİDEOƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili "zəlil" edirlər -FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 672   Tarix: 29 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib

Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib

30 mart
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhə

30 mart
.

Bu rayonun 15 kəndində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən -ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/1

31 mart
.

Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? (VİDEO)

Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir. Qaynarinfo Xəzər TV-yə istinadla xəbər veri

30 mart
.

Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə

31 mart
.

Bu gündən elektron siqaret çəkənlər cərimələnəcək

Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretləri

1 aprel
.

Ordubadda qaya uçqunu oldu (FOTO)

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb. "Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub. Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçalar

31 mart
.

"Münasibətdə sevgi olsa belə, əsas ehtiyaclar ödənmirsə, insan özünü tənha hiss etməyə başlayır" - AÇIQLAMA

Münasibətlərdə ən çox çaşdıran və insanı daxildən yoran hisslərdən biri də "sevirəm, amma xoşbəxt deyiləm" düşüncəsidir. Bir tərəfdən bağlılıq, xatirələr və emosional yaxınlıq var, digər tərəfdən isə narahatlıq, yorğunluq və daxili boşluq hissi. Bu ziddiyyət bir çox insanın yaşadığı, amma iza

31 mart
.

Azərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinib? - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. AQTA-dan -a verilən məlumata görə

31 mart