Qadın nənəsinin ad günü üçün restorana TORT GƏTİRDİ: Kəsilməsi üçün 659 avro pul İSTƏDİLƏR
İtaliyada baş verən bir hadisə sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Hesika adlı bir qadın nənəsinin ad gününq eyd qetmək üçün onu restorana aparıb.
Sonxeber.az xəbər verir ki, hadisənin təfərrüatları ilə bağlı "The Mirror" nəşri məlumat verib. Nəşr yazır ki, restoranda qadına təxmin etdiyindən böyük məbləğdə hesab təqdim olunana qədər hər şey yaxşı idi.
Məlum olub ki, restoranın işçiləri müştərilərdən tortun kəsilməsinə görə 659 (1241 manat) avro məbləğində ödəniş alır. Eyni zamanda xidmət haqqı üçün əlavə olaraq 59 avro pul tələb olunub. Restoran işçiləri bildirib ki, bu müəssisənin qaydalarıdır və müştərilər xidmət üçün pul ödəməlidir.
İtaliyada bir çox mətbuat bu hadisə ilə bağlı ictimaiyyətə yazılar təqdim edib. Sosial şəbəkələrdə İtaliyada xidmətin keyfiyyəti və xidmət haqlarının əsassız olaraq artırılması ilə bağlı fikirlər yayılıb.
Qadın məsələ ilə bağlı açıqlama verib: "Yaşananların qalmaqala hay-küyə səbəb olacağını bilmirdim. Məndən tələb olunan məbləğ həqiqətən yüksək idi. Ona görə də baş vernləri "Facebook" hesabımda paylaşmaq qərarına gəldim".
Adı açıqlanmayan restoran sahibi yerli mətbuata bildirib ki, ofisiantlar restoranda sifariş edilən yeməkləri təqdim etmək üçün pul tələb etmirlər, lakin qonaqlar tortu başqa bir yerdən alıblar. Belə olan təqdirdə işçilərin əməkhaqqını ödəmək üçün bu qaydaların vacib olduğunu diqqətə çatdırıb:
"Restoranda qabları yuyanlara və ofisiantlara əməkhaqqı verməliyəm. Bununla yanaşı restoranın bir sıra xərcləri var. Bütün bu xərcləri mən necə qarşılayım?"
Restoran sahibi qeyd edib ki, özü orada olsaydı belə hal baş verməzdi və müştəriyə endirm edə bilərdi:
"Yersiz dedi-qodular yaymaqdansa müştəriyə 50 avro məbləğində endirim edib, onu sevindirmək daha yaxşı olardı".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1435 Tarix: 30 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO
Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb
16 sentyabr 2021Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...
Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə
8 sentyabr 2021Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 2021