Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı

Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldıKino və teatr aktyoru Fazil Salayev cəmi 46 il yaşasa da oynadığı rolları, dərin yumor hissi ilə tamaşaçıların yaddaşında əbədi qalıb. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib.

Fazil Salayevin təkcə Mirmahmud Kazımovskinin "Molla Cəbi" vodevilində oynadığı Əlican rolu kifayətdir ki, bir aktyor kimi haqqında fikir bildirəsən. Aktyorun "Molla əmi..." ifadəsi bu gün də dillər əzbəridir...

"Kaspi" qəzeti sənətkarın sənət yoldaşları ilə həmsöhbət olub.

Kino və teatr aktyoru Fazil Salayev cəmi 46 il yaşasa da oynadığı rolları, dərin yumor hissi ilə tamaşaçıların yaddaşında əbədi qalıb. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib.

Sentyabrın 1-i - Fazil Salayevin doğum günü ərəfəsində mərhum aktyoru sənət yoldaşları ilə andıq:

Fazilin oyunları

"Fazil Salayev rejissor Tofiq Kazımovun tələbəsi olub", - deyə qocaman aktyor Rafiq Əzimov xatırlayır:

"Onun yaxşı rəssamlıq qabiliyyəti də vardı. Hətta vaxtilə məktəbdə rəssamlıqdan dərs demişdi. Gözəl musiqi qabiliyyətinə də malik idi. Eşitdiyimə görə, sirkdə işləyən vaxtları da olub. Fazilin piano arxasında xalq mahnılarımızı məharətlə ifa etməsi adamı heyran edirdi. "Azdrama"da bir çox tamaşada mənimlə tərəf-müqabil olub. Onun epizodik rolları da yaddaqalan idi. Böyük istedada malik bir insan, təbii, məzəli, ürəkaçan adam idi. Onunla gecə-gündüz söhbət etsəydin yenə də yumorundan yorulmazdın".

R.Əzimov sənət yoldaşının başına gələn hadisələrdən danışır:

"Biz sovet dövründə festivallara hazırlaşırdıq. Fazil bolqar dramaturqu Kostovun "Falçı" əsərində maraqlı bir epizodda oynadı. Buna görə onun başına xoşagəlməz hadisə də gəldi. Məşq dövründə rolu ilə əlaqədar yoxlama gəldi.

"Siyasətlə məşğul olanlar kimlərdir?"- deyə aktyorların evlərində və ciblərində axtarış aparırdılar. Məşq vaxtı Fazilin cibindən rekvizitdən aldığı bir qəzet parçası çıxdı. Qəzetin bir hissəsi tamaşaçı salonu tərəfə düşür. Aktyor "Bu fırıldaqçıları deyirsiniz?"- deyə soruşur. Sən demə, qəzetin digər üzündə Leninin şəkli varmış. Bu hadisə dildən-dilə düşür. Həmin qəzet parçası onun başına bəla gətirir. Fazilin məsələsini iclasa qoyurlar. Teatrda onun işdən qovulması məsələsini qaldırırlar. Onda mən Tofiq Kazımovun yanına gedib "Fazil sizin tələbəniz olub. Ona dəstək olun", - deyə xahiş elədim. "Mən o adamlarla bacarmıram", - deyə Tofiq Kazımov bildirdi. Fazili işdən çıxardılar. O, həmin ərəfədə məktəbdə rəsmxət müəllimi işlədi".

"Bütün rolları real həyat lövhələrini əks etdirirdi"

R.Əzimov həmkarını son dərəcə istedadlı aktyor kimi dəyərləndirir:

"Fazil hər bir kiçik obrazında virtuoz aktyor kimi özünü sübut edirdi. O, elə oynayırdı ki, tamaşaçı uğunub gedirdi. Bütün rolları real həyat lövhələrini əks etdirirdi. Nə qədər məzəli, satirik, yumoristik səpkidə olsa da, onun ifasında əndazəni aşan şitlik, saxta gülüş yox idi. Obrazlarının hər birində Fazilin səmimiyyəti və yaradıcılıq axtarışları vardı. Fazil kinoda ilk rolunu 32 yaşında oynadı. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Bu roldan sonra onun qarşısında sanki yeni üfüqlər açılır. Fazilin qırçı Məhəmməd, Qulaməli, çilingər, "zontik Mehdi" rolları bir-birindən maraqlı və yaddaqalan olur. Filmdən-filmə rolları dəyişirdi. "Mozalan" satirik kinojurnalında yaratdığı tipajları da çox məşhur idi. O, metroya baxmağa cəhd göstərən sərxoş obrazını necə böyük istedadla yaratmışdı..."

"Bizə çay gətirsə də, Fazilə çay qoymadı"

R.Əzimov deyir ki, onların evinə tez-tez qonaq gedərmişlər:

"Fazilgilin evləri teatrın yanında idi. Bir gün yenə işdən gec çıxmışdıq. Ehtiyat edir ki, həyat yoldaşı Fəridə xanım yenə gileylənməyə başlayacaq. Mən və Hamlet Xanızadə də onunla birlikdə evlərinə gəldik. Həyat yoldaşı bizi xoş qarşıladı. Bizə çay gətirsə də, Fazilə çay qoymadı. Biz vəziyyəti düzəltməyə çalışdıq: "Bu, aktyor həyatıdır, tamaşalar, məşqlər. Həmişə evə tez gəlmək olmur..." kimi cümlələr deməklə həyat yoldaşının könlünü almağa çalışdıq. Fazil isə piano arxasına keçib virtuoz çalğısı ilə həyat yoldaşının könlünü almağı bacardı".

Fazil harada vardısa...

Rejissor Əbdül Mahmudov da Fazil Salayevin peşəkar musiqiçi və rəssam olduğunu xatırladır:
"O, Asəf Zeynallı adına Musiqi Məktəbini, Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdi. Daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsini qurtarmışdı. Tanrının ona verdiyi böyük istedada baxmayaraq təvazökar idi. Bir məclisə gələndə keçib arxada oturardı. Heç vaxt özü haqqında danışmazdı. Piano arxasına keçib qədim musiqilərimizi ifa etməsini görərdiniz! Onda gözəl kompozisiya duyumu vardı". Rejissor mərhum aktyorun rəssamlıq istedadından danışır: "Nəsimi" filminin Naxçıvanda, Əlincədə çəkilişləri gedirdi. Təsəvvür edin: isti hava, ağır geyimlər, çətin şərait... Fazil bütün bunlara baxmayaraq əhvalını pozmurdu. Yanında gəzdirdiyi dəftərdə gördüyü şeylərin cizgilərini çəkirdi. Hamıya da "canik" deyirdi. Bir gün mənə yaxınlaşdı: "Sən dərviş geyimində, qayanın dibində oturmuşdun. Axşam qürub çağı idi. Əlincə qalasının fonunda sənin cizgilərini çəkdim", -dedi. Onun işinə heyran oldum. Möhtəşəm rəsm alınmışdı. Mən o günə qədər Fazilin rəssam olduğunu bilmirdim. Həmin bloknotu mənə bağışladı. Təəssüflənirəm ki, o rəsmi Fazilin əl işi kimi qoruya bilmədim, itirdim".

Ə.Mahmudov həmkarının təkrarolunmaz aktyor olduğunu deyir:

"Fazil son dərəcə istedadlı aktyor idi. Onun bir kəlməlik sözündə də böyük aktyor oyunu vardı. Fazil harada vardısa orada təkrarolunmaz bir yenilik vardı. Həyatda da çox maraqlı adam idi. Son illər bir az içkiyə meyilli idi. Ancaq kimdənsə nəsə ummazdı". Ə.Mahmudov mərhum aktyorun sağlığında layiqli dəyərini almadığını da təəssüflə deyir: "Mən üç sənətkarı - Səməndər Rzayevi, Ceyhun Mirzəyevi və Fazil Salayevi bir-birindən ayırmıram. Bu üç sənətkarın heç biri sağlıqlarında haqlarını almadılar. Heç olmasa indi versinlər..."


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2056   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust