Vətəndaşlar Kəlbəcər və Xankəndiyə nə vaxt KÖÇÜRÜLƏCƏK? - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı" çərçivəsində vətəndaşların köçürülməsi prosesi davam edir. Laçın, Füzuli və Zəngilan ilə yanaşı, Şuşa və Xocalıya keçmiş məcburi köçkünlər yerləşdirilir. Vətəndaşları işlə təmin etmək məqsədilə fabrik və zavodların inşasına başlanıb. Eyni zamanda, növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Proqram çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç şəhər mərkəzi, beş qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub.
Lakin Xankəndi və Kəlbəcərə vətəndaşların köçürülməsi tarixi hələ də sual altındadır. Xankəndi yenidən qurulur, binalar əvvəlki görkəminə qaytarılır. Vətəndaşların köçürülməsi üçün lazımi şərait yaradılıb. Bəs COP29-a qədər keçmiş məcburi köçkünlər Xankəndi və Kəlbəcərə yerləşdirilə bilər?
Mövzunu Sonxeber.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Kəlbəcər və Xankəndi ərazilərinə Böyük qayıdış proqramının tətbiqi edilməsi yaxın perspektivdə mümkündür:
" Kəlbəcərin mərkəzində evlər tikilib. Hətta bəzi tikintilər istifadəyə yararlıdır. Xankəndidə hər hansı bir dağıntı olmayıb. Bütün evlər yaşayış üçün uyğundur. COP29-a qədər və ondan sonrakı müddətdə Xankəndiyə köçün baş verməsini gözləmirəm. Amma Kəlbəcərə vətəndaşların köçürülməsi mümkündür. Çünki Azərbaycan bu istiqamətdə həyata keçirir və silsilə proqramlar qurub. Eyni zamanda yeni iş yerləri açılır və zavod, fabriklər inşa edilir. Əhalinin məşğulluğu təmin edilir. Azərbaycan son 2 ildə uğurlu pilot layihələr həyata keçirdi. Tez bir zamanda işğaldan azad olunmuş ərazilərə köçürülməsi gözlənilmirdi. Artıq Xankəndi və Kəlbəcərə köç prosesi gündəmə gəlib. Azərbaycan dövlətinin bu məsələlərə həssaslıqla yanaşdığını və işğaldan azad olunmuş ərazilərə məskunlaşma siyasətini tez bir zamanda həyata keçirilməsində maraqlı olduğunu göstərir".
Qeyd edək ki, 2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcək.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1609 Tarix: 02 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabr