Dünyanın ən gənc müdafiə naziri, trilyonluq şirkətə nəzarət edən Məhəmməd bin Salman kimdir? - VİDEO

Dünyanın ən gənc müdafiə naziri, trilyonluq şirkətə nəzarət edən Məhəmməd bin Salman kimdir? - VİDEO31 avqust Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salmanın doğum günüdür.

Ölkə.Az doğum günü ərəfəsində onunla bağlı maraqlı faktları bir araya toplayıb.

Məhəmməd Bin Salman bin Əbdülaziz bin Əbdürrəhman 1985-ci ildə Səudiyyə Ərəbistan kralının üçüncü arvadından doğulub. O, anasının 6 övladından ən böyüyü, atasının isə 8-ci övladıdır. Bəzi mənbələrdə, hazırkı Səudiyyə kralı Salman bin Əbdüləzizin 13, bəzilərində isə 16 övladının olduğu göstərilir.

Məhəmməd bin Salman bir çox səudiyyə şahzadələrindən fərqli olaraq ali təhsilini ölkəsindəki Kral Səud Universitetində hüquq üzrə alıb.

O, universiteti bitirdikdən sonra bir neçə il özəl sektorda çalışıb. Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin Ekspertlər Komissiyasında məsləhətçi işləyib.

Atası Ər-Riyad vilayətinin qubernatoru olarkən 24 yaşında onun xüsusi müşaviri kimi siyasətə atılıb. Bu dövrdə o, Ər-Riyad Rəqabət Şurasının baş katibi, Kral Əbdüləziz Araşdırma və Arxiv Fondunun idarə heyəti sədrinin xüsusi müşaviri, idarə heyətinin üzvü kimi bir vəzifədən digərinə yüksəlib.

Salman bin Əbdüləziz 2015-ci ildə taxta çıxıb. Onun oğlu Məhəmməd bin Salman müdafiə naziri və Kral Məhkəməsinin baş katibi təyin edilib. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də davam etdirib.

Onun adı dünya mətbuatında daha çox səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündən sonra hallanmağa başlayıb. Belə ki, Qaşıqçının ölkənin İstanbuldakı baş konsulluğunda öldürülməsində Məhəmməd bin Salmanının əlinin olması iddia edilir.

Vəliəhd şahzadə vəzifədə olduğu müddət ərzində həm ölkəsində, həm də dünyada "Vision 30" layihəsi ilə də diqqətləri üzərinə çəkib.

Belə ki, bu layihəyə qadınlara maşın sürməyə, öz bizneslərini qurmağa, orduya qoşulmağa, idman yarışlarına qatılmağa icazə verilməsi, qadın və kişilərin birgə iştirak etiyi caz festivalının təşkili, 40 ildən sonra yenidən kinoteatrların açılması daxildir.
"Vision 30"da əsas məqamlardan biri həm də ölkə iqtisadiyyatının neft asılılığından azad etmək hədəfidir.

Məhəmməd Bin Salman Səudiyyə kral ailəsinin dövlət neft şirkəti olan "Saudi Aramco"ya nəzarət edən 1-ci üzvüdür. Bu, dünyanın ən nüfuzlu şirkətilərindən biridir və bazar dəyəri 2-10 trilyon ABŞ dolları arasındadır.

O, vəliəhd şahzadə olmaqla yanaşı, hökumətdə daha 3 vəzifə tutur: Baş nazir, müdafiə naziri, İqtisadi və İnkişaf Məsələləri Şurasının sədri.

Məhəmməd bin Salman 2015-ci ildə atası hakimiyyətə gəldikdən sonra müdafiə naziri təyin edilib. 30 yaşında bu vəzifəyə gətirilən Salman "dünyanın ən gənc müdafiə naziri" olaraq tarixə düşüb.

O, vəzifəyə gəldikdən sonra ilk olaraq Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı müharibə başladıb. 3.5 il davam edən qarşıdurmalar uğursuzluqla nəticələnib və Yəmən xalqı qıtlıqla üz-üzə qalıb.

Məhəmməd bin Salmanın dövründə baş verən ən yaddaqalan hadisələrdən biri də, 2017-ci ildə baş verən Qətər diplomatik böhranıdır.
Buna səbəb isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırması idi. 2021-ci ildə Körfəz Əməkdaşlıq Şurasının zirvə toplantısından sonra imzalanmış sazişlə böhran həllini tapıb.

Vəliəhd şahzadənin adı 2018-ci ildə "Taym" jurnalının "100 Ən Nüfuzlu Şəxsləri" Top 10-luğuna daxil edilib.

Xarizması və xeyirxah əməlləri ilə tanınan vəliəhd 2013-cü ildə "Forbes" jurnalının Yaxın Şərq bölməsi tərəfindən "İlin adamı" mükafatına layiq görülüb.

O, 2008-ci ildə əmisi qızı Sara binti Məçhur ibn Əbdüləziz əl-Səudla evlənib və 5 övladı var.

"Celebrity Net Worth"ün yazdığına görə, vəliəhdin sərvəti 5 milyard dollar olaraq qiymətləndirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1114   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr