"ATƏT-in Minsk Qrupu və onunla əlaqədar bütün təsisatlar artıq ləğv edilməlidir" - Politoloqla MÜSAHİBƏ

"ATƏT-in Minsk Qrupu və onunla əlaqədar bütün təsisatlar artıq ləğv edilməlidir" - Politoloqla MÜSAHİBƏErmənistan-Azərbaycan münaqişəsi artıq tarixdə qalıb. Heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun bu munaqişəni həll etməsini 30 il gözləməkdən səbri tükənən Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə nəhayət 2020-ci ildə cəmi 44 gün ərzində ölkənin ərazi bütövlüyünü bərpa edərək regionda kimin söz sahibi olduğunu gostərdi.Bundan sonra ATƏT-in Minsk Qrupu və onunla bağlı təsisatlar bağlanacaqmı? Mövzu ilə bağlı politoloq Ülkər Piriyeva Sonxeber.az-ın suallarını cavablandırıb.

- ATƏT-in minsk qrupu ləğv ola bilərmi?

-Əvvəla onu qeyd edim ki, birmənalı olaraq Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixdə qalıb. 2020-ci ildə baş verən 44 günlük müharibədən və nəticə olaraq, qazandığımız şanlı Zəfərdən sonra regionda konkret olaraq kimin söz sahibi olduğunun möhürünü vurmuş olduq. Əlbətdə ki, Cənab Ali Baş Komandanın təmin etdiyi bu cür sülh şəraitində münaqişədən danışmaq belə absurddur. Düşünürəm ki, buna görə ATƏT-in Minsk Qrupu eyni zamanda, onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin artıq vaxtıdır. Hər birimizə də, məlumdur ki, Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Belə ki, Rəsmi Bakı regiondakı mövcud reallıqlar fonunda ATƏT-in Minsk Qrupuna artıq heç bir ehtiyac qalmadığını, Minsk qrupunun, tamamilə fəaliyyətsiz strukturlarının artıq ləğv edilməsinə də çağırış edib. Bütün bunlarla da yola çıxarsaq əgər, məlumdur ki, Minsk qrupu onsuz da işləmirdi. Fikrimcə, yalnız kağız üzərində qalmış bir təşkilatı heç təşkilat belə adlandırmaq olmaz və onun qısa bir zamanda ləğvi labüddür.

- Qarabağ münaqişəsinin həllindən sonra bu qurumun fəaliyyəti kimlərə maraqlıdır?

-Təbii olaraq açıq-aydın görünür ki, həmsədrlər qismində olan Rusiya xaric, ABŞ və Fransa da bir sıra məsələlərdə sadəcə və sadəcə Ermənsitana dəstək verir. Belə bir halda Qarabağ münaqişəsinin həllindən sonra bu qurumun fəaliyyətinin artıq kimlərə maraqlı ola biləcəyi göz önündədir. Qısacası, bu qurumun bu saatdan sonrakı fəaliyyəti sadəcə Cənubi Qafqaz regionunda sakitlik və sabitlik istəməyən, dünyanın dörd bir yanında hər daim qaynar münaqişə ocaqları yaradan ABŞ və Fransa kimi ölkələrin marağına və işinə yaraya bilər.

- Ermənistan baş naziri N.Paşinyanın bu barədə çıxışını necə qiymətləndirirsiniz?

- Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırdı. Yaxın saatlarda da Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh prosesi kontekstində ATƏT-in Minsk Qrupunun ləğvini mümkün saydığını qeyd elədi.

Qeyd edim ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini artıq bərpa edib. Bununla yanaşı, Ermənistan mövcud reallığı qəbul edib. Hesab edirəm ki, ölkə olaraq nümayiş etdirdiyimiz bütün addımlar Qafqazda hər daim sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Cənab Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi, "Biz Qafqazda sülh gündəliyini təşviq edirik və bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir."

Bəli, madam ki, biz xarici işlər nazirləri səviyyəsində birbaşa görüş keçirdiksə,
həmçinin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın birbaşa görüşlərini təşkil etdiksə, bu istiqamətdə belə bir halda üçüncü tərəflərə - ATƏT-in Minsk Qrupuna və ya qeyrisinə nə gərək var?

Ancaq hər bir halda, Ermənistan hər nə qədər dırnağarası sülhə yönəlik addımlar atmaq istəyini göstərməyə çalışsa da, Ermənistanın baş nazirinin avqustun 31-də ke

çirdiyi mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi əlbətdə ki, təəssüf doğurur. Bu da öz növbəsində, Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir. Ancaq düşünürəm ki, Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübuta yetirmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan artıq çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz real addımları ilə hörmət etdiyini göstərməlidir. Ermənistan üçün tam da bunun vaxtı gəlib, keçir belə.Lakin hər bir halda, atalarımız gözəl deyib: "İtlə dostluq elə, amma çomağı əldən qoyma!"

Fəxriyyə Adil


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1101   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr