"Necə oldu ki, hamı həbs olundu, Şahramanyan isə Rusiya helikopteri ilə Ermənistana gətirildi…"

"Necə oldu ki, hamı həbs olundu, Şahramanyan isə Rusiya helikopteri ilə Ermənistana gətirildi…"Ermənistanda Qarabağın Azərbaycan tərəfindən işğaldan azad edilməsi ilə bağlı müxtəlif siyasi dairələr arasında mübahisələr getdikcə daha da qızışır. Bunu Paşinyan meyilli erməni politoloqlardan birinin aşağıdakı açıqlamaları da sübut edir...

"Saray çevrilişi nəticəsində artsaxa rəhbərlik etmiş Şahramanyanın müstəqillik və suverenlik haqqında danışmağa haqqı yoxdur, çünki onun imzası artsaxın ləğv edilməsi haqqındakı sənədin altındadır".

Moderator.az xəbər verir ki, bu sözləri politoloq Edqar Arakelyan "Haykakan Jamanak" nəşrinə açıqlamasında söyləyib .

Arakelyanın sözlərinə görə, Şahramanyan və Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş "hökuməti"nin bir sıra nümayəndələri siyasətdən və beynəlxalq münasibətlərdən anlamayan insanlardır.

"Və bu gün artsaxın geri qaytarılacağını iddia edən həmin Şahramanyan president kimi artsaxda artsaxı qoruyub saxlaya bilmədi, əksinə, onun itirilməsinə, əhalisinin azalmasına və etnik təmizləməyə töhfə verdi və artsax müharibəsində ilk olaraq müəyyən rol oynayan digər keçmiş artsax prezidentlərindən fərqli olaraq Ermənistana çox təhlükəsiz şəkildə gələ bildi. Burada da suallar yaranır ki, necə oldu ki, hamı həbs olundu, amma Şahramanyan Rusiya helikopteri ilə Ermənistana gətirildi. Ümumiyyətlə, Şahramanyanın artsax tarixinin son dönəmində keçdiyi trayektoriya çox şübhələr yaradır və qaldırılmalı çoxlu suallar var və hesab edirəm ki, bu suallara da cinayət-hüquqi qiymətlər verilməlidir",- deyə erməni politoloq vurğulayıb.

Xatırladaq ki, Samvel Şahramanyan Qarabağdakı qondarma rejimin digər liderlərinin Azərbaycan tərəfindən həbs olunmasından az sonra özünün Azərbaycan-Ermənistan sərhədindəki ""Laçın" sərhəd-keçid məntəqəsindən necə keçməsi hadqa jurnalist sulaını belə cavablandırmışdı: "Mən, müdafiə naziri və təhlükəsizlik xidmətimdən iki nəfər helikopterlə uşduq və Sisiana çatdıq"(bax:burada: )


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6307   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr