"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO
Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan sakinlər evlərinin söküləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar illərlə dar, təmirsiz evlərdə yaşamaqdan bezdiklərini, normal şəraitli mənzillərlə təmin olunmaq istədiklərini bildirirlər.
Deyirlər ki, hər il gəlib evlərinin ölçülərini götürürlər, söküntü vəd edirlər, di gəl ki, bir nəticə olmur.
Alatavalılar uzun müddətdir ki, gələnin-gedənin ağzına baxır, xoş bir xəbər eşidəcəklərinə ümid edirlər. Amma nə fayda ...
"Mən 23 ildir ki, burada yaşayıram. İllərlə deyilir ki, Alatava sökülür. Gəlib ölçüb, gedirlər. Ancaq bir xəbər yoxdur. Gəlib söksünlər, biz də normal şəraitli mənzildə yaşayaq da", -sakinlərdən biri deyir.
Doğrudur, rayonun bir hissəsində söküntüyə başlanılıb. Amma bu, çox da geniş ərazini əhatə etmir. Ən böyük problem isə budur ki, sakinlər onlara verilən kompensasiya ilə razılaşmırlar. Deyirlər ki, hər kvadrat metrə 1400-1500 manat təklif olunur ki, bu da onlara yeni ev almaq üçün sərf etmir. Elə bu səbəbdən də evləri nisbətən kiçik və dar olanlar satıb oradan çıxırlar.
"Elə pul versinlər ki, heç olmasa gedib özümüzə şərait qura bilək. İllərlə övladlarım kirayədə qalırlar. Heç olmasa balalarımla bir evə yığışa bilim. Nə qədər dar evdə kök salıb qalmaq olar", -xanım sakin bildirir.
Mənzilləri yaxşı yerdə yerləşən və geniş olanlar isə şirkətlərlə mübarizədədirlər. Məhz elə bu səbəbdən də vətəndaşlar ərazidəki evlərini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.
Sakinlərin dediyinə görə, onların evlərinin ətrafını qazırlar və yaxud da ev yiyələri mənzildə ola-ola söküntü aparırlar.
"Ötən gün Alatavanın digər hissəsində sakin evdə olarkən söküntü aparmışdılar. Çox qorxmuşdu. Özləri qəsdən edirlər".
Qısa desək, sakinlər rahat mənzilləri, sahibkarlar isə üzü yola, ucuz pulla razılaşan ev yiyələrini əl-əl axtarırlar. Onlar arasında razılığın isə izi-tozu görünmür.
Moderator.az musavat.com-a istinadən sözügedən video-reportajı təqdim edir:




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 990 Tarix: 05 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr