Rusiya OYUNA QATILDI: Oktyabr ayında bizi NƏ GÖZLƏYİR? - ŞƏRH

Rusiya OYUNA QATILDI: Oktyabr ayında bizi NƏ GÖZLƏYİR? - ŞƏRHSon zamanlar Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səsləndirilir. Prosesdə isə Rusiyanın Türkiyə ilə yaxınlaşmaq cəhdlərini görürük. Hətta rəsmi Tehran Rusiyaya bu dəhlizin açılması ilə bağlı aktivliyinə görə xəbərdarlıq edib. Rusiyanın Zəngəzur dəhlizinin açılması məsələsində aktivləşmə səbəbi nə ilə bağlıdır? Rusiyanın iştirakı ilə Zəngur dəhlizinin açılmasını təmin edə bilərikmi? Eyni zamanda deyə bilərikmi ki, həm də bu yolla Putin Paşinyanı cəzalandırmağa çalışır?

Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmməd deyib ki, Rusiya əvvəllər Zəngəzur dəhlizi ilə bağlı passiv mövqedə idi. Son dönəmlər Zəngəzur ilə əlaqədar aktiv fəzaya keçib. Bu yöndə ciddi açıqlamalar verir və fikirlər səsləndirirlər. Təzyiqi isə artırmağa başlayıblar:

"Rusiya bir sıra detalları əsas kimi gətirir. Rusiya tərəfi 10 noyabr bəyanatına görə Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edəcək qüvvə olmalı idi və bu yöndə fəaliyyət göstərəcəkdi. Rəsmi Moskva bunun fərqindədir. 10 bəndin 8 maddəsi yerinə yetirilib. Sadəcə olaraq 9-cu bənd yerinə yetirilməyib. Təxminən 2025-ci ilin may ayında qərar verilməli idi ki, Rusiya sülhməramlıları ərazidə qalacaq yoxsa yox. Yəni əslində bu qərar olmayanda sonra bəyannamə qüvvədən düşə bilər. Rusiya tələsir və açıq şəkildə məsələni qısa zamanda həll etməyə çalışır. Ona görə də həm gərginlik yaranmağa başlayır, həm də bəzi ölkələr bu məsələ ilə bağlı narahat olduqlarını dilə gətirirlər. Rusiya düşünür ki, Fransa və Amerika Ermənistanda möhkəmlənməyə başlayıb. Zəngəzur dəhlizi açılsa da onların nəzarəti altında açılmasını istəyirlər. Rusiya da bunu fərqindədir".

Ekspertin sözlərinə görə, Rusiya açıq şəkildə bu oyuna qatılaraq Paşinyan hökumətini cəzalandıracaq:

"Oktyabrda Gürcüstanda qarşıdurmanın olma ehtimalı yüskək göstərilir. Bundan əlavə Ermənistanda da bu yöndə nəsə baş vermə ehtimalı yüksəkdir. Rusiya proseslərin aktiv iştirakçısı olacaq və onun Ukrayna müharibəsində mövqelərində möhkəmlənməsi, hücumlarının aktivləşdirməsi, Ukrayna tərəfinin isə müqavimət göstərməkdə çətinlik çəkməsi Rusiyanın əlini bir qədər də gücləndirir. Rəsmi Moskva artıq Cənubi Qafqaz regionuna baxmağa başlayıb. Əvvəllər bütün proses Azərbaycana yüklənmişdi və dəhlizi Azərbaycan açmalı idi. Amma indi mənzərə dəyişib. Bu Azərbaycana sərf edən bir məsələdir. Elə bir vəziyyət yarandı ki, prosesin içərisində bu yolda kimin nəzarət edəcəyi ilə bağlı suala aydınlıq gələcək. Azərbaycan burada rahatdır. Çünki rəqiblər məlumdur: Amerika, Rusiya və Fransa. Bunlar əsas rəqiblərdir və təzyiqi isə Rusiya artıracaq".

Səxavət Məmməd qeyd edib ki, heç kim məğlub olmaq istəməyəcək və geri addım atmayacaqlar. Çalışacaqlar ki, bu məsələdə hərbi gərginlik olsun. Azərbaycan üçün mənfi təsir bu ola bilər:

"Yəni hərbi gərginliyin yaranma ehtimalı var. Azərbaycan və Ermənistanı bu məqamda toqquşdura bilərlər. Hesab edirəm ki, indiki məqamda Tehranda narahatdır və bunu anlamaq lazımdır. Türkiyə üçün isə nəzarətin kimdə olacağının heç bir fərqi yoxdur. Onlar üçün əsas olan bu yolun açılmasıdır. Əslində bir çox ölkə dəhlizin açılmasında maraqlıdır. Türkiyə Rusiyanın bunu etmək şansını daha yüksək görür. Ona görə bu yöndə Rusiya və Türkiyənin yaxınlaşdığını görürük. Bu baxımdan müəyyən addımlar atılır. Oktyabr ayından başlayaraq məsələyə aydınlıq gətiriləcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2480   Tarix: 05 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr