Nəzarət GÜCLƏNDİRİLDİ: Azərbaycanda meymunçiçəyi virusuna görə karantin OLACAQ? - AÇIQLAMA
Azərbaycanda bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.
Bəs Azərbaycanda meymunçiçəyi xəstəliyinə görə karantin elan edilə bilərmi? Mövzu ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
"Azərbaycanda meymun çiçəyi ilə bağlı bugünkü epidemioloji vəziyətdə karantinə ehtiyac yoxdur. Amma nəzarət gücləndirilməlidir. Trans sərhəd-keçid zonalarında, insanlar arasında maarifləndirmə tədbirləri aparılmalıdır. Bütün bunlar çox vacibdir. Amma trans sərhəd-keçid zonalarına nəzarət diqqət etmək lazımdır. Yəni xəstə adamların gəlməsinin qarşısı mümkün qədər alınmalıdır. Karantinin özünün kriteriyaları var. Əgər bir neçə şəxsdə yaxud ayrı-ayrı regionlarda olan insanlarda bu xəstəlik varsa, karantin elan oluna bilər. Çalışmalıyıq ki, bu olmasın. Amma nəzərə alaq ki, qarşıda beynəlxalq tədbir var. Bu tədbirdə bu tip yoluxanların qarşısını almaq problemlər yarana bilər. Hər halda bununla bağlı müəyyən addımlar atılacaq. Amma yoluxmalar istisna deyil".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2865 Tarix: 05 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr