Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
"Mülki müqavilə" fraksiyası İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyir.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, hakim partiya "Milli Tərəqqi" fraksiyasının rəhbəri Qriqor Yeritsyanın, "İctimai səs" fraksiyasının üzvləri Anuş Xudaverdyan və Anuş Qinosyanın səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq istəyir.
Məlumata görə, qərar layihəsi Şuranın sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd olunub ki, hüquq məsələləri üzrə komissiyanın üzvü olan Q.Yeritsyan yeddi iclasdan yalnız birində iştirak edib. O, həmçinin Şuranın özünün bir iclasında (ikinci sessiya) iştirak edib. A.Xudaverdyan və A.Qinosyan isə Ağsaqqallar Şurasında səsvermənin yarısından çoxunu qaçırıblar.
Q.Yeritsyan da öz növbəsində sosial şəbəkələrdə yazıb ki, bu, mer Tiqran Avinyanın "qisas almaq" və opponentlərdən azad olmaq cəhdidir. Onun sözlərinə görə, bu, təhlükəli presedent yaradır, çünki hakimiyyət heç vaxt müxalifət fraksiyasının rəhbərini mandatdan məhrum etməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 912 Tarix: 07 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5
25 sentyabrTailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabrİranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabr