Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsi üçün yeni mərhələ

Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsi üçün yeni mərhələİtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-6-da Romada işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər münasibətlərin inkişafı üçün bütün sahələrdə yeni imkanlara işıq salır.
"Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik." Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır: "Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi."
Qeyd edilməlidir ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqı, həmçinin quruma üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı, müstəqilliyini tanıyan ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimiz arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər qurulmuşdur. Bu münasibətlər gündən-günə inkişaf edir. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliya tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb.
Bu gün Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Bugünkü statistik rəqəmlər ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafı barədə aydın təsəvvür yaradır. İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar, o cümlədən idxalın həcmi 0,5 milyard dollar, ixracın həcmi 15,2 milyard dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon dollar olub. İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz, o cümlədən idxalda 2,76 faiz, ixracda isə 44,86 faiz təşkil edib. 2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollar, o cümlədən idxalın həcmi 0,3 milyard dollar, ixracın həcmi 5,9 milyard dollar təşkil edib.
Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Hazırda İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.
Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən bu rəqəm 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son illər ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, Azərbaycanın böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacı var idi. Ölkəmiz bunu Cənub Qaz Dəhlizi adlandırdı. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bu, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) Boru Kəməri və Trans-Adriatik (TAP) Boru Kəməridir. Bu kəmər İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib.
Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya işgüzar səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda, Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-qurculuq işlərinə də öz müsbət təsirini göstərir. İtaliya işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biridir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır.
Bu il ölkəmizin ev sahibliyi edəcəyi dünyanın mötəbər tədbiri olan COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaranacaq. Dövlət başçısı İlham Əliyev hər bir səfərində, keçirdiyi görüşlərdə diqqəti bu tədbirə yönəldərək onun əhəmiyyətindən bəhs edir. Tədbir iştirakçılarının say tərkibinin genişliyi həm onun əhəmiyyətinin, həm də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın malik olduğu imkanların təqdimatına töhfə olacaq bu tədbirə xeyli sayda dövlət və hökumət nümayəndələri dəvətlidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır.
Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir. Prezident İlham Əliyevin İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə SOCAR və "Eni S.P.A" şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulmaqla yanaşı, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin və şaxələndirilməsinin vacibliyi vurğulandı.
Qeyd etdiklərimiz bu qənaətə də əsas verir ki, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır. Diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan - İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 933   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Paşinyan Azərbaycan üzərindən Ermənistana internet kabelin çəkilməsi ilə bağlı: "Risk görmürük"

"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib. Daha əvvəl məlum olduğuna görə, "Teleco

25 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

Tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye

9 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun