"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."

"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı...""Əgər o, buradadırsa, deməli, onun xüsusi missiyası var və öz imkanları, gücü daxilində həmin missiyanı yerinə yetirməyə çalışır...."

İrəvanda təxminən bir il öncə Azərbaycan ordusunun cəmi 23 saatlıq əməliyyatı sayəsində Qarabağda ləğv edilmiş separatçı-terrorlu rejimin Kreml tərəfindən dəstəklənən tör-töküntüləri ilə Paşinyan hakimiyyətinin qarşıdurması davam edir.

Politoloq Davit Stepanyan "Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ subyekti mövcud deyil" deyən Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın "Dağlıq Qarabağ" rəsmilərinin artıq mövcud olmadığı və "artsax"ın Ermənistanda nümayəndəlik binasının mənasına yenidən baxılması ilə bağlı dünən - sentyabrın 9-da səsləndirdiyi fikirlərlə razılaşır .

"Dağlıq Qarabağın nümayəndələri özləri də artsaxı dağıtmaq yolu ilə gediblər, ona görə də deputat da ola bilməzlər. Hesab edirəm ki, istifadə etdikləri şüarlar reallığa uyğun gəlmir. Onlar özlərini təqdim etsələr də, heç nə dəyişmir".

Moderator.az xəbər verir ki, David Stepanyan bu fikirləri " Haykakan Jamanak " a müsahibəsində ifadə edib .

Stepanyanın fikrincə, Ermənistanda qondarma rejim rəsmilərinin olması yalnız Rusiyaya sərfəlidir.

"Əlbəttə, Rusiya istəməz ki, Dağlıq Qarabağ rəsmiləri artıq ölkəmizdə olmasın, onları təmsil edən bina olmasın. Əgər belə olmasaydı, Samvel Şahramanyan Ermənistana helikopterlə gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı. Əgər o, buradadırsa, deməli, onun xüsusi missiyası var və öz imkanları, gücü daxilində həmin missiyanı yerinə yetirməyə çalışır",- deyən Stepanyandan bu missiyanın nə olduğunu soruşduqda belə deyir: "Ermənistanda vəziyyəti daxildən gərginləşdirmək, ölkədə problemlər yaratmaq. Hələ ki, bunlar həyata keçməyib, amma imkanları olsaydı, şübhəsiz ki, o addımı atardılar. Bu adamlar Ermənistanda "5-ci kalon"un bir hissəsidir".

Sonuncuların daim Ermənistan hakimiyyətinə qarşı ittihamlar səsləndirməsinə və separatçı-terrorçu rejimin ləğvinə görə məsuliyyəti Ermənistanın üzərinə qoymağa çalışmasına gəlincə, Stepanyan bunu da Rusiya faktoru ilə əlaqələndirir. "Dağlıq Qarabağın bu elitası uzun müddətdir ki, Rusiyanın maraqlarını qoruyur, hətta öz xalqının maraqlarını belə üstün tutmur. Artsaxın ləğv edilməsinin səbəblərindən biri də budur".

Qondarma rejimin keçmiş məmurlarının yaratdığı problemlərdən qaçmaq üçün Ermənistan hökuməti respublikanın suverenliyini qorumağa imkan verəcək addımlar atmalıdır. Belə deyən Stepanyan bunları əlavə edir: "Qərb və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsi, İran və Fransa ilə daha sıx münasibətlərin formalaşdırılması, eləcə də Ermənistanın hansı yolla getmək istədiyinin müəyyənləşdirilməsi"...


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1315   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr