Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
Türkiyə gündəminə damğa vuran 8 yaşlı Narin Güranın dəfn mərasimində onun tabutunun və məzarının üzərinə gəlinlik qoyulması geniş müzakirəkərə yol açıb.
Sonxeber.az Metbuat.az-a istinadla xəbər verir ki, sosial şəbəkə izləyiciləri və bir çox məşhurlar bu simvolik seçimi uyğun görməyərək məktəbli forması, kitab və ya oyuncağın daha məntiqli olduğunu bildiriblər.
Aktrisa Bergüzar Korel də bu məsələdə səssiz qalmayıb. O, instaqramda yazıb: "Məktəbli forması və ya oyuncaq yerinə niyə gəlinlik?! Bu, əngəl olmaq istədiyimiz mentalitetin özüdür".
Aktrisa Ezgi Mola da oxşar fikirlər səsləndirərək tabutun üstünə məktəbli forması və ya oyuncaq qoyulmalı olduğunu bildirib.
Qeyd edək ki, Narin Güranın meyiti 19 gün davam edən axtarışlardan sonra Tavşantəpə kəndi ərazisində tapılıb. Hadisə ilə əlaqədar ailə üzvləri, o cümlədən onun əmisi saxlanılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatilin ən ağır cəzaya məhkum ediləcəyini bəyan edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1905 Tarix: 10 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrAİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabr