Təxribatlar davam edərsə Azərbaycan Naxçıvan istiqamətində əks-hücum əməliyyatlarına başlayacaq? - AÇIQLAMA

Təxribatlar davam edərsə Azərbaycan Naxçıvan istiqamətində əks-hücum əməliyyatlarına başlayacaq? - AÇIQLAMASentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bəs görəsən Ermənistan atəşkəsi pozmağa davam edərsə, Azərbaycan əks-hücuma keçəcəkmi?

Mövzu ilə bağlı Sonxeber.az – açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycan tərəfi atəşkəsin pozulma hallarına hələki səbrlə yanaşır:

"Son dönəmlər Ermənistan tərəfi Naxçıvan istiqamətinndə atəşkəsi tez-tez pozmağa başlayıb. Bunun səbəbi Ermənistan tərəfinin kəşfiyyat xarakterli məlumatlar əldə etmək istəməsidir. Onlar ordakı bölmələrin vəziyyətini öyrənmək istəyir. Digər səbəbi isə, Ermənistanın müharibəyə hazır olduğunu bildirmək istəyidir. Onlar müttəfiq olduqları dövlətlərlə birgə Azərbaycana təzyiq olaraq bu addımı atır. Azərbaycan tərəfi isə atəşkəsin pozulma hallarına hələki səbrlə yanaşır. Çünki Azərbaycan tərəfi düşünür ki, əgər indiki məqamda sadəcə atəşkəsin pozulmasına sərt reaksiya verərsə, tələyə düşmüş olar və Azərbaycana qarşı çox ağır sanksiyalar tətbiq edilə bilər. Buna görə də Azərbaycan tərəfi hələki səbr nümayiş etdirir. Amma bunun sona qədər belə davam edəcəyini düşünmürəm. Əgər atəşkəsin Ermənistan tərəfindən pozulması nəticəsində Azərbaycan tərəfi şəhid verərsə, postlarımız dağıdılarsa mövqelərimizə basqın edilərsə, təbii ki, Azərbaycan tərəfi səbirli davranmayacaq. Ordumuz qarşı tərəfin mövqelərini həm dəqiq silahlarla, həm də havadan pualar vasitəsi ilə vurub sıradan çıxara bilər. Və ya konkret olaraq qərar verilə bilər ki, sərhəddin təhlükəsizliyini təmin etmək üçün buferzona yaradılsın".

Ekspert həmçinin bildirib ki, Cənubi Qafqaz ölkələrini gələcəkdə ağır sınaqlar gözləyir:

"Ümumiyyətlə regionda baş verən proseslərə region dövlətlərindən kənar gözlə baxmaq lazımdır. Burda qərb və Rusiya faktoru çox önəmlidir. Onlar region uğrunda ciddi şəkildə mübarizənin içərisindədirlər. Onların bu prosesi hara qədər qaldıracaqlarını isə indidən demək o qədər də asan deyil. Amma son günlər baş verən proseslərdə onu görürük ki, diplomatlarla yanaşı, Ermənistan və Azərbaycanın Müdafiə Nazirləri də müxtəlif dövlətlərə səfərlər təşkil edirlər. Bu o deməkdir ki, tərəflər dostlarını, müttəfiqlərini müəyyənləşdiririlər. Əgər region uğrunda mübarizədə qərblə Rusiya hansısa bir formada anlaşmasa, bu regionda toqquşmaların olması ehtimalı yüksələcək. Təbii ki, qüvvələr nisbəti Azərbaycanın xeyrinədir. Ermənistanın Azərbaycan ordusunun qarşısında davam gətirmə ehtimalı azdır. Amma prosesin sonu ağır və dözülməz bir hal da ala bilər. Region iflic ola bilər. Çünki region uğrunda mübarizə aparan ölkələr son dərəcə böyükdür və onların maraqlarından vaz keçəcəyini də düşünmürəm. Buna görə Cənubi Qafqaz ölkələrini gələcəkdə çox ağır sınaqlar gözləyir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2396   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr