Bu maşın insanları ölümə aparır
İsveçrədə istifadəçilərin intihar etməsinə imkan verən "Sarko" adlı intihar "maşını" hazırlanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, "Sarko" 1990-cı illərdən bəri intihar mövzusundakı araşdırmaları ilə məşhur olan keçmiş Avstriya həkimi Philip Nitschke tərəfindən hazırlanmışdır.
Əvvəl heç istifadə olunmayan "Sarko" adlı intihar maşınının içərisində oturan şəxs düyməni basdıqda maşın içəri azot qazı buraxmağa başlayır. Beləcə, havadakı oksigen ölümcül səviyyəyə düşdükcə, burda oturan istifadəçi bir neçə dəqiqə ərzində huşunu itirir və boğularaq ölür.
İntihar maşını kəşfinin arxasında duran qrup The Last Resort-un sözçüsü, cihazdan ilk istifadə edən şəxsin 64 yaşlı amerikalı qadın olduğunu açıqlayıb. O həmçinin The Last Resort vitse-prezidenti Florian Uilet, hollandiyalı jurnalist və iki isveçrəlinin polis tərəfindən həbs edildiyini bildirib. Hollandiyada nəşr olunan "Volkskrant" qəzeti də cihazın şəklini çəkmək istəyən fotoqraflardan birinin saxlanıldığını açıqlayıb.
The Last Resort-un sözçüsü bildirib ki, Uilet intihar kapsulundan istifadə edərkən amerikalı qadının yanında yeganə şəxs olub. Sözçü amerikalı qadının həyatına son qoymazdan əvvəl bütün psixiatrik müayinələrdən keçdiyini bildirib. The Last Resort tərəfindən yayımlanan açıqlamada Uiletin amerikalı qadının ölümünün "dinc, sürətli və şərəfli" olduğunu bildirən ifadələri yer alıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1959 Tarix: 25 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabr