"Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?.."

"Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..""Doğrudan da, xalqa arxalanan, ona sədaqətlə xidmət edən, ona, onun əmlakına, xəyanət gözü iləbaxmayan hər bir kəs ömrünün axırına kimi şah təki yaşaya bilər... Bir halda ki, özünü xalqın oğlu sayırsan, o xalqa da sadiq ol, sədaqətlə xidmət et..."

Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin(sabiq deputat və ictimai-siyasi xadim Maksim Musayevin atası) 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" kitabının sizlərə təqdim edəcəyimiz "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı" və "1948-1953-cü illər köçürülməsinə mane olub, "səhv"lərə yol verdiyimə görə aldığım cəzanın üzərimdən götürülməsi" başlıqlı bölmələrində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir.

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan köçürülməsi barədə İosif Stalinin qərarına və bu qərarən həyata keçirilməsinə qarşı çıxışlarıma və həmin qərarın yerinə yetirilməsinə mane olan cəsarətimə görə o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən mənə cəzalar verilməsi haqda danışdım. Bəlkə də bütün bunlar kiməsə inandırıcı gəlməsin. Buna görə də 1959-cu ildə Vedi rayonunun Şirazlı kəndində kolxoz sədri işləyərkən vaxtilə almış olduğum həmin cəzanın üzərimdəm götürülüb bacarığıma uyğun işlə təmin edilməyim barədə Ermənistan Kommunist partiyası mərkəzi komitəsinə(KP MK) yazmış olduğum ərizənin Azərbaycan dilinə tərcüməsini də bu kitaba daxil etməyi özümə borc bildim. Qeyd edim ki, erməni dilində yazdığım həmin ərizənin surətini hələ də özümdə saxlayıram.

O ərizədə belə deyilir:

"Ermənistan KP MK-nın katibi S.H.Tovmasyan yoldaşa

Partiya üzvü Musayev Talıb Qurban oğlundan

ƏRİZƏ

Yoldaş Tovmasyan, sizə məlumdur ki, mən 1935-ci ildən başlayaraq 1953-cü ilin sonunadək rəhbər partiya işlərində çalışmışam. Öz gücüm dairəsində respublikada partiya qərarlarını kəsirsiz yerinə yetirmişəm. Harada işləmişəmsə: istər Basarkeçərdə, istərsə də Qarabağlarda respublika aktivinin böyük hörmətini qazanmışam. Ancaq Ermənistandan azərbaycanlıların köçürülməsi məsələsi müzakirə ediləndə mən kəskin çıxış edərək həmin qərara tam zidd olan fikrimi bildirdim. Qeyd etdim ki, bu qərar əhalinin tələbinə və dolanışığına tam zidd bir qərardır.

Mənim çıxışım nəzərə alınaraq Basarkeçərdən azərbaycanlıların köçürülməsi 1951-52-53-cü illərə planlaşdırıldı. Köçürülmüşlərdən qayıdanların işə qəbulunun qadağan edilməsinə baxmayaraq, qayıdanları işlə təmin edib partiyaçılardan S.İbrahimovu, H. Həsənovu kolxoz və sovet sədri qoymuşdum. 1951-ci ildə azərbaycanlıları köçürmək üçün gətirilmiş avtomaşınları köç komissiyasının sədri Q.Muqafyanla birlikdə boş geri qaytardım. Bunlar hamısı azərbaycanlıların köçürülməsinə ciddi maneçiliklər yaratdı. Köçürülmə işində yol verdiyim səhv və nöqsanlara görə mənim məsələmi MK-nın və Kirovakan dairə komitəsinin bürosunda müzakirə edərək mənə ciddi partiya cəzası verib, 1953-cü ildə oxumağa göndərmə adı ilə işdən azad edib, 1956-cı ildə Vedi rayonunda ən geridə qalan Şirazlı kənd kolxozuna sədr göndərdilər. Həmin kolxoz sədr işlədiyim 3 il müddətində rayonda və eləcə də respublikada ən qabaqcıl, nümunəvi kolxozlardan birinə çevrildi. Bu faktları rəqəmlər özü təsdiq edir.

Yoldaş Tovmasyan, təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, bacarığımı, iş qabiliyyətimi nəzərə alıb məni respublika maştablı bacardığım işlə təmin edərək respublikaya daha çox mənfəət verməyimə imkan yaradasınız. Ona görə də xahiş edirəm, mənim güc-bacarığımı respublikada genişmiqyaslı bir işdə istifadə edəsiniz.

Musayev Talıb. Vedi rayonu Şirazlı kəndi. 5 iyul 1959-cu il".

Mənim bu ərizəmi alandan sonra işlədiyim kolxozdakı fəaliyyətimi əməli qaydada yoxladılar. Mənim partiya cəzamın götürülməsini müzakirə edib məsələ qaldırmaq işi ilk partiya təşkilatına və raykoma məsləhət görüldü. Nəticədə onlar müzakirə edib mənim töhmətimin götürülməsini qərara aldılar və töhmətim götürüldü(Mənim bu töhmətimi götürmək məsələsini müzakirə edib qərar qəbul edən zaman kolxozda partiya təşkilatının katibi işləyən Yusifov Mahmud hazırda Bakı Soveti yaşıllaşdırma idarəsində briqadir işləyir - Söhbət 1990-cı illərin sonlarından gedir-S.L.)...

Bu tədbirlərdən sonra 1959-cu ilin oktyabrında məni Vedi rayonu soveti icraiyyə komitəsinin sədri vəzifəsinə irəli çəkdilər.

Bu məsələ ilə bağlı başıma gələn bir məsələni də qeyd istərdim. 1951-ci ildə 150 maşınla 600 ailəni köçürməyə gələnlərdən biri o vaxt avtomobil naziri işləyən Ş.Aruşanyan idi. Sonralar o, respublika Ali Soveti Rəyasət Heyətinin sədri işlədi. Hadisələri yaddan çıxarmayan Aruşanyan mənim kolxoz sədri işlədiyim ilk illərdə komissiya göndərib kolxozu yoxlatdırdı ki, məni partiyadan kənarlaşdırıb həbs etdirsin. Mən isə bu planları çoxdan başa düşürdüm. Ona görə də kütləyə arxalanıb plan-tapşırıqları 2-3 qat artıqlamasıyla ödəyirdim. Suyu üfürə-üfürə içirdim. Kolxozdan öz evimiz üçün hər şeyi- süd, pendir, yağ, ət, yumurtanı və s. yazılı qaydada ailə üzvlərimin sayına uyğun açmış olduğum xüsusi hesabla götürürdüm...

Nəticədə Aruşanyan öz məqsədinə çata bilmədi. İki dəfə samballı komissiya göndırib işlərimi yoxlatdı. Yoxlayanlar erməni olsalar da, mənim hər işə ehtiyatla yanaşmağıma, acgöz olmadığıma, halal işlərlə məşğul olduğumu görüb ədalətli mövqe tutmaq məcburiyyətində qaldılar. Hətta yoxlamadan geri qayıdan zaman mənim əli təmiz iş metodumu hər yerdə danışmışdılar. Sonra Aruşanyanla görüşəndə hər dəfə deyirdi ki, Talıb, anan namaz üstə imiş. Sənə halal süd verib. O, səni saxladı...

Doğrudan da, xalqa arxalanan, ona sədaqətlə xidmət edən, ona, onun əmlakına, xəyanət gözü iləbaxmayan hər bir kəs ömrünün axırına kimi şah təki yaşaya bilər... Bir halda ki, özünü xalqın oğlu sayırsan, o xalqa da sadiq ol, sədaqətlə xidmət et...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1284   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021