Varlılar niyə milyonluq tablolar alır? – Zənginlərin vergi hiyləsi
Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Bu xəzinələr mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s.
Bəzən muzeylərdə insanı həqiqətən valeh edən əsərlər, eksponatlar olur. Bəzən də elə əsərlər "əzizlənib" müzeyin ən gözəl guşəsində yerləşdirilir ki, təəccüblənməmək əldə olmur. İnsanın incəsənətə, yaradıcılığa olan dərin hörmət və anlayışı da bu təəccübü aradan qaldıra bilmir. Belə əsərlərin qiyməti mahiyyətindən daha qəribə olur. Milyonlarla qiyməti olan belə "əsər"lər adətən çox varlı insanlar tərəfindən bu muzeylərə hədiyyə olunur. Bəzən bu hədiyyələrin qiyməti muzeylərin büdcəsindən də çox olur.
Sonxeber.az xəbər verir ki, Musavat.com bu dəfə təmirə ehtiyacı olan muzeylərdə qiyməti milyonlarla dollar olan belə tabloların yer almasının əsl səbəbini araşdırıb.
Bütün dövlətlərin mövcudluğunu təmin edən əsas amillərdən biri vergidir. Çünki büdcələrdəki vəsaitlərin böyük qismini vergilər təşkil edir. Varlı insanlar vergi ödəməyə əsla həvəsli olmurlar. Vergidən yayınmağın cəzası hər dövlətin qanununa görə dəyişir. Artıq müsir dövrdə insanların gəlirlərinin miqdarını gizlətməsi demək olar ki, mümkün deyil. Ona görə varlı insanlar pullarının heç olmasa bir qismini vergidən yayındırmaq üçün belə "sərfəli" bir üsula əl atırlar. Belə ki, dünyada məşhur bir tablonun əslini və ya saxtasını 5 milyon dollara satın alırlar. Sonra 5 milyonluq tablonu 20-25 milyon dollara sənədləşdirib əvvəlcədən sövdələşdikləri muzeylərə hədiyyə edirlər. Bununla da həm xalqın gözündə imiclərini yüksəldirlər, həm də heç olmasa 20 milyon dolları vergidən xilas edə bilirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1892 Tarix: 30 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu
10 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Kosmosa uçanların - FOTOLARI
Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar
18 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər
18 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021