Qazaxıstan xarici turistlər üçün "müasir köçəri" vizası tətbiq edib

Qazaxıstan xarici turistlər üçün "müasir köçəri" vizası tətbiq edibQazaxıstan xarici turistlər üçün yeni "Neo Nomad" (müasir köçəri) vizası tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə TASS Qazaxıstanın Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, "Neo Nomad" adlı yeni viza növü tətbiq edilib. Bu viza müasir köçərilər adlandırılan şəxslər - iş və istirahəti birləşdirən, səyahət edən və məsafədən işləyən xarici turistlər üçün nəzərdə tutulub. Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla həyata keçirən 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır", - məlumatda deyilir.

Qeyd olunur ki, əcnəbi turistlər xarici şirkətlərdə işlə təmin olunmaqla Qazaxıstanda bir ilədək qala biləcəklər.

Qurumdan verilən məlumata görə, "Neo Nomad" vizası almaq üçün xarici vətəndaş Qazaxıstandan kənarda azı 3 min ABŞ dolları həcmində sabit gəliri olduğunu nümayiş etdirməlidir. Həmçinin tibbi sığorta və məhkumluq haqqında arayışın təqdim edilməsi zəruridir.

"Viza proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə kimi müxtəlif sahələrdə məsafədən işləyən turistlər üçün nəzərdə tutulub", - nazirlikdən bildirib.

Turizm Nazirliyi viza rejiminin tətbiqindən iqtisadi effektin hər il 3 milyard təngəni (6,8 milyon ABŞ dolları) ötəcəyini gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 874   Tarix: 03 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa

26 sentyabr
.

Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində

26 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Pentaqonun rəsmi hesabatı: İranla münaqişədə yaralanan hərbçilərin sayı açıqlandı

İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb. xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub. Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladıla

26 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa

24 sentyabr
.

Məkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi

Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi

24 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr