Kimsəsiz qaldı, bir sözə görə linç olundu, kirayələrdən qovuldu, xeyriyyəçiliyi ilə tanındı - Video

Kimsəsiz qaldı, bir sözə görə linç olundu, kirayələrdən qovuldu, xeyriyyəçiliyi ilə tanındı - Video2 noyabr Bollivud ulduzu Şahrux Xanın doğum günüdür.

Ölkə.Az yaxın günlərdə Azərbaycana salam göndərdiyi videosu ilə gündəmə gələn aktyorla bağlı maraqlı faktları bir araya toplayıb.

Hindistanda "Kral Xan" ləqəbi ilə tanınan Şahrux Xan 1965-ci ildə Hindistanın Yeni Dehli şəhərində anadan olub. Bütün dünya onu Şahrux adı ilə tanısa da, əsl adı Əbdül Rəşid Xandır.
Atası Meer Tac Məhəmməd Xan Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan Hindistanın ən gənc azadlıq döyüşçülərindən biri idi.
Aktyor 15 yaşında atasını, təxminən 26 yaşında anasını itiririb. Bu hadisədən dərin sarsıntı keçirən Şahrux Xan kədəri ilə mübarizə aparmaq üçün aktyorluğu seçib.
Şahrux Xan Dehli Universitetinin Hans Raj Kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra kütləvi kommunikasiya üzrə magistraturaya başlasa da, aktyorluq karyerasını davam etdirmək üçün təhsilini yarımçıq qoyub.
O, kino sənayesinə teatrda və televiziyada işləməklə qədəm qoyub. İlk dəfə Hindistan seriallarında çəkilib və tanınmağa başlayıb.
1991-ci ildə indiki prodüser və interyer dizayneri Qauri Çibberlə evlənərək Mumbaya köçür və Bollivuda ilk addımlarını atır.
Şahrux müsəlman olduğu üçün Qaurinin valideynləri əvvəlcə onların evliliyinə qarşı olublar. Şahrux Xan deyir ki, o, islam dininə inansa da, həyat yoldaşının dininə də dəyər verir. Onun övladları hər iki dinə etiqad edirlər; aktyorun evində Quran hindu tanrılarının murtilərinin yanında yerləşir.
Cütlüyün Aryan adlı oğlu və Suhana adında qızı var. 2013-cü ildə surroqat ana vasitəsilə dünyaya gələn üçüncü uşağın valideynləri olublar.
1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt edib. Karyerasının erkən vaxtlarında "Qorxu" (Darr), "Qumarbaz" (Baazigar), "Qisas" (Anjaam) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanınıb.
Filmlərin çoxunda Hindistanın kimliyi, diaspor cəmiyyəti ilə əlaqə və ya cinsiyyət, irqi, sosial və dini fərqlər, həmçinin şikayət mövzuları yer alıb.
O, ümumilikdə 100-ə yaxın film və 14 serialda rol alıb.

Aktyorun 2013-cü ildə çəkildiyi Hindistan, ABŞ və Honq Konq istehsalı "Mənim adım Xandır" filmi xüsusilə diqqət çəkir.
48,77 milyon ABŞ dolları gəlir gətirən bu filmdəki obrazı Şahrux Xanın ən yaxşı rollarından biri hesab olunur. Ekran işi 2010-cu ilin ən çox gəlir gətirən fimlərindən olub və çox sayda mükafata layiq görülüb.

Şahrux Xan "Rahul" adını çox sevir. O, indiyədək bu addan çəkildiyi 9 filmdə istifadə edib.
Bollivud ulduzu rolları ilə yanaşı, həm də dünyada xeyriyyə fəaliyyətləri ilə tanınır.
O, 2009-cu ildə günəş enerjisi layihəsinə sərmayə qoymaqla 61 il sonra yeddi Odişa kəndinin işıqlandırılmasına dəstək olub.
2011-ci ildə Şah Rux Xan xeyriyyəçilik fəaliyyətlərinə görə YUNESKO-nun xüsusi "Pyramide con Marni" mükafatını qazanan ilk hindli olub.
2013-cü ildə aktyor mərhum atasının xatirəsinə MEER Fondunu təsis edib. Fondun məqsədi qadınları dəstəkləmək və gücləndirməkdir. O, həmçinin 2013-2015-ci illərdə Uttarakhand ştatında və Çennai şəhərlərində daşqından ziyan görənlərə yardım məqsədilə təxminən 163 min dollar məbləğində ianə edib.

2014-cü ildə Şahrux Xanın kriket komandası Hindistan liqasında qalib olduqdan sonra əldə olunan 1.8 milyon dollardan çox gəlir xərçəng xəstələrinin müalicəsinə yönləndirilib.
"Man’s World India"nın məlumatına görə, Şahrux Xan aktyorluq etmək üçün Dehliyə gələndə onun yanında ailəsi yox idi və əlində cəmi 18 dollar pulu var idi. Hətta ilk dövrlərdə icarə haqqını ödəyə bilmədiyi üçün küçəyə atılıb və dəfələrlə rədd cavabı alıb. Karyerasının əvvəlində ona adətən məşhur aktyorların rədd etdiyi zəif rollar təklif olunurdu.
Böyük zəhmətinə baxmayaraq, o hesab edir ki, uğurunu bu yolda ona kömək edənlərin hamısına borcludur.
O, təkcə Bollivudun deyil, dünyanın ən böyük ulduzlarından biridir. Şahruh Xan hind kinosu dünyasında təqdimata ehtiyacı olmayan bir addır.

Onun karyerasındakı ən böyük hiti "Cəsur ürək gəlini aparar" filmidir. O, filmin rejissoruna inandığından bu film üçün müqavilə imzalamazdan əvvəl ssenarini oxumağa vaxt belə sərf etməyib.
Bollivud ulduzu 2007-ci ildə 1 mövsüm "Kim Milyonçu olmaq istəyir?" viktorina şousunun hind versiyasının aparıcısı olub.

2005-ci ildə hindistanda ən yüksək mülki mükafatlarından olan "Padma Şri" Şahrux Xana təqdim edilib. 2023-cü ilə qədər o, ən yaxşı aktyor kateqoriyasında 6 "Filmfare" Mükafatını qazanıb.
O, ümumilikdə 99 mükafata və 18 fərqli dövlət təltiflərinə layiq görülüb.
30 ildən çox davam edən uğurlu karyerasına və xeyriyyəçiliyinə baxmayaraq Şahrux Xanın adı bir neçə qalmaqalda da hallanır.

O, 2009, 2012 və 2016-cı ildə 3 dəfə ABŞ hava limanlarında saxlanılıb. Buna səbəb isə onun adının terrorizm izləmə siyahısındakı bir maddə ilə oxşarlıq təşkil etməsidir.
Həmçinin 2012-ci ildə bir təhlükəsizlik işçisi ilə mübahisədən sonra Mumbaydakı "Wankhede" Stadionuna buraxılması qadağan edilib, lakin bir il sonra bu qadağa götürülüb.
Elə həmin il o, müsahibəsində Hindistanı "dözümsüz" adlandırdığı üçün geniş tənqid olunub.
2021-ci ildə isə aktyorun oğlu Aryan narkotik axtarışı əməliyyatlarında saxlanılıb. Aryan Xan bir ay həbsdə qaldıqdan sonra girov müqabilində sərbəst buraxılıb və daha sonra barəsindəki bütün ittihamlar götürülüb.
"Time" jurnalı onu 2023-cü ilin ən nüfuzlu 100 adamından biri kimi göstərib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 7891   Tarix: 04 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Bülent Ersoyun estetik əməliyyatdan sonrakı görünüşü gündəm oldu: "Mənə abla deməyin"

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü və diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Ersoyun Kuşadasında baş tutan konserti zamanı yaşanan hadisə də geniş müzakirələrə səbəb olmuşdu. Səhnəy

7 sentyabr