Barselonaya da sel gəldi - Video
İspaniyada baş verən daşqınlardan Barselona şəhəri də zərər görüb.
"Qafqazinfo" "Associated Press"ə istinadən xəbər verir ki, daşqınlara görə səlahiyyətlilər şəhərətrafı dəmir yolu xidmətini dayandırmağa məcbur olub.
İspaniyanın nəqliyyat naziri Oskar Puente 8 milyon əhalisi olan Kataloniyanın şimal-şərqində bütün şəhərətrafı qatarların hərəkətinin dayandırıldığını bildirib.
Daşqın səbəbindən şəhərdə bir neçə magistral yol bağlanıb.
Barselona-El Prat Hava Limanında 70-ə yaxın uçuş təxirə salınıb, 18 uçuş isə başqa istiqamətlərə yönəldilib. Leysan yağışları hava limanının T-1 terminalı və dayanacaq yerlərində də daşqınlara səbəb olub.
İspaniyanın milli meteorologiya agentliyi Barselona üçün qırmızı xəbərdarlıq elan edib.
Həmçinin Kataloniyanın cənubunda, Barselona ilə Valensiya arasında təxminən yarı yolda yerləşən Tarraqona şəhərində yağışlar barədə qırmızı xəbərdarlıq elan edildikdən sonra dərslər ləğv edilib.
Xatırladaq ki, İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 217-yə çatıb.




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1226 Tarix: 05 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrSəudiyyə Ərəbistanı Ər-Riyada uçan iki Husi dronunu vurduğunu bildirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 26 sentyabr gecəsi Yəmən husiləri tərəfindən krallığın paytaxtı Ər-Riyada doğru atılan iki dron vurduğunu bildirib. xəbər verir ki, koalisiya husilərin raket və dron təhdidlərini izlədiyini bildirib, lakin dronların vurulması ilə bağlı əlavə məlumat verməyib
26 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrTailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26 sentyabr