Şuşa 4 ildir ki, azaddır...

Şuşa 4 ildir ki, azaddır...Şuşa şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

Dövlət başçısı müraciətində bildirib:

"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib:

"Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".

Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb:

"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da - Vətən müharibəsinin gedişində Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində Şuşanın işğaldan azad edilməsinin qarşıya hədəf kimi qoyulduğunu açıqlamışdı. Dövlət başçısı "Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur", - deyə bildirmişdi.

Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.

Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.

Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.

Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Şuşanın azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.

İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.

Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 827   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan MN: Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliy

13 mart
.

İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti ilə təkbətək görüşü keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə təkbətək görüşü keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Antoniu Koşta birgə foto çəkdiriblər

11 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Uca Allahdan hər kəsə möhkəm cansağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət

20 mart
.

2026-cı ildə Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın hansı əsas istiqamətlər üzrə inkişaf etdirilməsini daha vacibdir? - ŞƏRH

"2025-ci ildə Qırğızıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə davamlı inkişaf edib. Siyasi dialoqun intensivliyi qorunub, ticari-iqtisadi əlaqələr genişlənib, mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət möhkəmlənib" - bunu Qırğızıstanı

17 mart
.

Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətləri

12 mart
.

İlham Əliyev və Şavkat Mirziyoyev arasında telefon danışığı - Nələr müzakirə edildi?

Martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev dövlətimizin başçısın

19 mart
.

"Xüsusilə enerji sahəsində qurulmuş strateji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir" - DEPUTAT

"Möhtərəm Cənab Prezident İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüş və səsləndirilən fikirlər Azərbaycan ilə European Union arasında münasibətlərin strateji və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçımızın vurğuladığı kimi, bu gün tərəflər müxtəlif səviyyələrd

16 mart
.

"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir" - AÇIQLAMA

Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı vurğulayıb ki, Bakı və İrəvan sülhə nail olublar, "təkcə kağız üzərində deyil

13 mart
.

Prezident diplomatların sənədləri ilə bağlı FƏRMAN imzalayıb

"Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

11 mart